Roya - Qəlbimə Yatmır Songtexte

Songtexte Qəlbimə Yatmır - Roya




Gözünün gözümə bir bənzəri var
Baxışlar da eyni, mənalar da
Gözünün gözümə bir bənzəri var
Baxışlar da eyni, mənalar da
O gözəl gözlərin bir həsrəti var
Həsrət buludludur, yağışlar da
O gözəl gözlərin bir həsrəti var
Həsrət buludludur, yağışlar da
Özümtək duyanım, harada qalmısan?
Hər tərəf qaranlıq, işığım çatmır
Özümtək duyanım, harada qalmısan?
Hər tərəf qaranlıq, işığım çatmır
Niyə məni möhnətə, dərdə salmısan?
Heç kəs sənintək qəlbimə yatmır
Niyə məni möhnətə, dərdə salmısan?
Heç kəs sənintək qəlbimə yatmır
Mən elə sənəm, sən elə mən
Bir-birimiz üçün yaradıb Allah
Mən elə sənəm, sən elə mən
Bir-birimiz üçün yaradıb Allah
Qoşa yol keçmişik oxşar taledən
Sənsiz, ömrüm-günüm, açılmır sabah
Qoşa yol keçmişik oxşar taledən
Sənsiz, ömrüm-günüm, açılmır sabah
Özümtək duyanım, harada qalmısan?
İşığım çatmır
Özümtək duyanım, harada qalmısan?
Hər tərəf qaranlıq, işığım çatmır
Niyə məni möhnətə, dərdə salmısan?
Heç kəs sənintək qəlbimə yatmır
Niyə məni möhnətə, dərdə salmısan?
Heç kəs sənintək qəlbimə yatmır




Attention! Feel free to leave feedback.