Abbas Bağırov feat. Qaytağı Ansamblı - Faytonçu - Live Lyrics

Lyrics Faytonçu - Live - Abbas Bağırov




Faytonçu asta gedər
Qulağı səsdə gedər
Faytonda gedən qızın
Sədası dosta gedər
Ünvana, sona çatır
Bürünüb dona çıxır
Sür atını, faytonçu
Sür atını, faytonçu
Sənə yollar açıldır, açıldı
Şəhərin yolu daşdır
Sağı daş, solu daşdır
Bu şəhəri görənlər
Xatirələr yoldaşdır
Ünvana, sona çatır
Bürünüb dona çıxır
Sür atını, faytonçu
Sür atını, faytonçu
Sənə yollar açıldır, açıldı
Hər daşda bir noğul var
Noğulunda nağıl var
Asta sür, bu şəhərin
Gül yuxusu dağılar
Ünvana, sona çatır
Bürünüb dona çıxır
Sür atını, faytonçu
Sür atını, faytonçu
Sənə yollar açıldı, açıldı
Açıldı, açıldı, açıldı...
Faytonçu, faytonu sür...



Writer(s): Tofiq Quliyev


Attention! Feel free to leave feedback.
//}