Ali Ashikar - Suqovuşan Lyrics

Lyrics Suqovuşan - Ali Ashikar



Qarabağ bizimdir, bizim olacaq
Necə əzəldən olubsa, elə qalacaq
Girə bilməyəcək torpaqlarımıza
Qarabağ onlar üçün xəyal olacaq
Biz dədə-baba yurduna sadiq
Biz bu savaşdan qalib çıxacağıq
Ali Baş Komandanın əmri varsa
Bil, geriyə dönüş yox, irəliyə daim
30 il sizə bəsdir bu torpaq
Gəlmişəm, haqqımı qaytar mənim
Törədilən hər bir vəhşiliklərin
Qisasını alacağıq beynini dəlib
Hər gün şad xəbər eşitmək inan ki
Qürur hissidir bir vətənpərvərin
Şükür ki, gördük bu günləri
Bu dəfə qalmadı qanları yerdə şəhidlərin
Ya Qarabağ, ya ölüm
Ya da ki, Azərbaycan birliyi
Hər dəfə həmrəy olduqca millətimiz
Biz bir dəfə ölürük, min dirilirik
Almışıq artıq torpağımızdakı
Bizim olan hər bir yüksəkliyi
Bir Qarabağa sancılan üçrəngli bayraq
Bizə verir ancaq ruh yüksəkliyi
Verilib bizə həyəcan siqnalı
Yola düşürük bil, Qarabağa biz indi
General Polad Həşimov fəxrdir
Tarixə qoyacaq onun adı iz indi
Bizə yeddi şərt qoyanlar bir şərtimizi
Hələ bir daha düşünün siz indi
Kalaşnikov-u dirə ağzına dığanın
Qoy onda desin ki, Qarabağ bizimdir!
Füzuli, Ağdam, Ağdərə, Laçın
Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa
Xocavənd, Xocalı, Kəlbəcərlə bir
Xankəndi öz qələbəni yaşa!
Füzuli, Ağdam, Ağdərə, Laçın
Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa
Xocavənd, Xocalı, Kəlbəcərlə bir
Xankəndi öz qələbəni yaşa!



Writer(s): Rasim Pirazov, Eli Elesgerov


Ali Ashikar - Suqovuşan
Album Suqovuşan
date of release
10-10-2020




Attention! Feel free to leave feedback.