Brilliant Dadaşova - Popurri: Xalq Mahnıları Lyrics

Lyrics Popurri: Xalq Mahnıları - Brilliant Dadaşova



Qubanın alması, ay aman
Yeməyə var alması
Qubanın alması
Yeməyə var alması
Yarım gələnə qalıb
Yaramın sağalması
Sevirəm səni mən, yar
Sevirəm, yar
Səni mən, yar
Aman, aman, sevirəm, yar
Səni mən, yar
Sevirəm, yar
Qubadan alma aldım, ay yarım
Yarıma yola saldım
Qubadan alma aldım
Yarıma yola saldım
Yarım gələnə qədər
Heyva kimi saraldım
Sevirəm səni mən
Sevirəm, yar
Səni mən, yar
Aman, aman, sevirəm, yar
Səni mən, yar
Sevirəm, ay can
Getmə, getmə, gözəl yar
Sənə bir sözüm var
Sən ki belə deyildin
Səni bir öyrədən var
Qurban olum o gözlərə
Qurban olum, oy, o gözlərə
Salıb məni bu düzlərə
Salıb məni, ay yar, bu düzlərə
A-a-a-a-a, ey
A-a-a-a-ay
Can... Ay
A-a-a-a-a, a-a-a-a-a
Ay... Can
Aman ovçu, vurma məni
Mən bu dağın, ay gülüm, maralıyam
Aman ovçu, vurma məni
Mən bu dağın, ay gülüm, maralıyam
Maralıyam, həm yaralı
Ovçu əlindən, ay gülüm, yaralıyam
Maralıyam, həm yaralı
Ovçu əlindən, ay gülüm, yaralıyam
Bu dağlarda maral gəzər
Əl-ayağını, ay gülüm, daşlar əzər
Ay, bu dağlarda maral gəzər
Əl-ayağını, ay gülüm, daşlar əzər
Mən yarıma neyləmişəm?
Yarım məndən, a gülüm, kənar gəzər
Mən yarıma neyləmişəm?
Yarım məndən, a gülüm, kənar gəzər
Yarım məndən, a gülüm, kənar gəzər
Ax, yarım məndən, a gülüm, kənar gəzər



Writer(s): Xalq Mahnısı


Brilliant Dadaşova - İfalar, Vol. 2
Album İfalar, Vol. 2
date of release
06-12-2022




Attention! Feel free to leave feedback.