Eldar Mansurov - Qayıt, Gülüm Lyrics

Lyrics Qayıt, Gülüm - Eldar Mansurov feat. Azər Zeynalov




Demə, ömür yad əl ilə çalınası saz imiş
Ayırdılar bu dünyada, məgər ölüm az imiş?
Pəncərəni döyən külək fəryadımdır, yel deyil
Küçənizdən axan sular göz yaşımdır, sel deyil
Bulaq kimi sinəm üstə çağla, gülüm
Şimşəyə dön, zülmətimi dağla, gülüm
Sinən altda bir ürək var, o ürəkdir can yerim
Gözlərini qaytar mənə, o gözlərdir dan yerim
Qayıt, qayıt, hər ürəyə bir muştuluq göndərək
Bu dünyanı eşqimizin toy evinə döndərək
Bulaq kimi sinəm üstə çağla, gülüm
Şimşəyə dön, zülmətimi dağla, gülüm
Bulaq kimi sinəm üstə çağla, gülüm
Şimşəyə dön, zülmətimi dağla, gülüm
Bulaq kimi sinəm üstə çağla, gülüm
Şimşəyə dön, zülmətimi dağla, gülüm
Bulaq kimi sinəm üstə çağla, gülüm
Şimşəyə dön, zülmətimi dağla, gülüm
Bulaq kimi sinəm üstə çağla, gülüm
Şimşəyə dön, zülmətimi dağla, gülüm




Eldar Mansurov - Eldar Mansurovun Mahnıları
Album Eldar Mansurovun Mahnıları
date of release
22-01-2021




Attention! Feel free to leave feedback.