Eldar Mansurov feat. Cəfər Behbudov - Səadətin Yolları Lyrics

Lyrics Səadətin Yolları - Eldar Mansurov feat. Gülaga Məmmədov




Ulduzlar bir çıraq olar
Kədər-qüssə uzaq olar
Sevgi özü qonaq olar
Sevda dolu görüşlərə
Ümid dilər sevən ürək
Şirinləşər arzu-istək
Mehribanım, qoşa gələk
Sevda dolu görüşlərə
Hər pıçıltı, hər şirin söz
Məhəbbətin ilk açarı
Lap əzəldən belə olmuş
Səadətin yolları
Üzə gülər Sahil bağı
Yol göstərər axşam çağı
Söyüdlərin hər budağı
Sevda dolu görüşlərə
Könüllərdə sevgi gəzər
Baxışları sevinc bəzər
Nəğmə deyər mavi Xəzər
Sevda dolu görüşlərə
Hər pıçıltı, hər şirin söz
Məhəbbətin ilk açarı
Lap əzəldən belə olmuş
Səadətin yolları
Hər pıçıltı, hər şirin söz
Məhəbbətin ilk açarı
Lap əzəldən belə olmuş
Səadətin yolları
La-la-la-la-la-la-la
La-la-la-la-la-la-la
La-la-la-la-la-la-la
La-la-la-la-la-la-la
La-la-la-la-la-la-la
La-la-la-lay-la-la-la
La-la-la-la-la-la-lay
La-la-la-la-la-la-la



Writer(s): Eldar Mansurov, Ismayıl Dadaşov



Attention! Feel free to leave feedback.