Eldar Mansurov feat. Arzu Rzayev - Qayıt Gəl Lyrics

Lyrics Qayıt Gəl - Eldar Mansurov feat. Əli Mirəliyev




Həsrət qaldım telinə, gözəlim
Əlim çatmaz əlinə, gözəlim
Yazıq mənim günümə, gözəlim
Ürəyim, gözümsən, ən şirin sözümsən
Sən mənim özümsən, həyatım mənim
Çiçək ol, qayıt, gəl, göyçək ol, qayıt, gəl
Gerçək ol, qayıt, gəl, əzizim mənim
Niyə gəlmir sorağın, sorağın?
Gəlməsin, ay qanadım, budağım
Tökülər göy yarpağım, yarpağım
Ürəyim, gözümsən, ən şirin sözümsən
Sən mənim özümsən, həyatım mənim
Çiçək ol, qayıt, gəl, göyçək ol, qayıt, gəl
Gerçək ol, qayıt, gəl, əzizim mənim
Ömrümü verdin bada, qaragöz
Buna dözməz qaya da, qaragöz
Qaytar məni həyata, qaragöz
Ürəyim, gözümsən, ən şirin sözümsən
Sən mənim özümsən, həyatım mənim
Çiçək ol, qayıt, gəl, göyçək ol, qayıt, gəl
Gerçək ol, qayıt, gəl, əzizim mənim
Ürəyim, gözümsən, ən şirin sözümsən
Sən mənim özümsən, həyatım mənim
Çiçək ol, qayıt, gəl, göyçək ol, qayıt, gəl
Gerçək ol, qayıt, gəl, əzizim mənim



Writer(s): Eldar Mansurov, Ibrahim Göyçaylı


Attention! Feel free to leave feedback.