Elnarə Xəlilova - Yeni İl (2025) Lyrics

Lyrics Yeni İl (2025) - Elnarə Xəlilova




Vaxt az qalıb, yoldadır
Yeni il gəlir yenə
Saatlar qulaq verir
Onun addım səsinə
Bir ildir, gözləyirik
Arzulayırıq onu
İndi neçə göz çəkir
Yeni ilin yolunu
Yeni il elçisidir gələn günlərin
Yeni il müjdəsidir şad könüllərin
Yeni il elçisidir gələn günlərin
Yeni il müjdəsidir şad könüllərin
Gəl, səninlə açılsın
Arzular səhər kimi
Gəl, sevindir aləmi
Gözəl şad xəbər kimi
Hamıya hədiyyə ol
Cavanlara toy-nişan
Gəlişinlə sevinsin
Nəğmə desin hər insan
Yeni il elçisidir gələn günlərin
Yeni il müjdəsidir şad könüllərin
Yeni il elçisidir gələn günlərin
Yeni il müjdəsidir şad könüllərin
Yeni il elçisidir gələn günlərin
Yeni il müjdəsidir şad könüllərin
Yeni il elçisidir gələn günlərin
Yeni il müjdəsidir şad könüllərin



Writer(s): Emin Sabitoğlu, Vaqif Səmədoğlu



Attention! Feel free to leave feedback.