Eyyub Yaqubov - Son Bahar Lyrics

Lyrics Son Bahar - Eyyub Yaqubov



Həyatın mənası sevgi, məhəbbət olmuş
Sevgisiz dünyanın eşqi, gülləri solmuş
Bir ümid gözləyir, yanır könüllər
Yanırıq ikimiz ondan bixəbər
Yanırıq ikimiz ondan bixəbər
Özümüz bilmədik - həsrət, intizar gəldi
Sevgi qismətinə qəfil son bahar gəldi
Bəs necə yaşayım, söylə, mən sənsiz?
Dağlar da heç olmur dumansız, çənsiz
Dağlar da heç olmur dumansız, çənsiz
Məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq
Biz elə küsmüşük, çətin bir barışaq
Bəxtimin günəşi əbədi söndü
Sevginin yolları zülmətə döndü
Sevginin yolları zülmətə döndü
Məhəbbət əzəldən sanki yox imiş
Bu ülvi sevgimiz xəyal, yuxuymuş
Bir yerdə əsiri olduq həsrətin
Sevgili günləri unutmaq çətin
Sevgili günləri unutmaq çətin




Eyyub Yaqubov - Eyyub Yaqubov, Vol. 2
Album Eyyub Yaqubov, Vol. 2
date of release
11-02-2008




Attention! Feel free to leave feedback.