Faiq Ağayev - Düşün, Insan Lyrics

Lyrics Düşün, Insan - Faiq Ağayev



Təzadlı dünyaya uyarsa bəşər
Bu yer üzündə insan qismətinə
Duman, çən düşər
saçlı dağların zirvəsindən
Məğrurluq gen düşər
Yalanlar həqiqəti təslim edər
Görünməz çarşablı iblislər
Şər işindən sevinər
Mərd öldürən namərd
Nahaq qandan öyünər
İlahi, bu aha, fəryada
Göylərdə günəş sönər
Aman, aman! Dayan insan
Düşün bir an
Hara axır zaman?
Sürünən kölgələr bir həqiqət tək
İnsan ürəyinə yollar tapar, ey fələk, ey fələk!
Qəlbləri əsarətdən xilas etməyə
Sən elə kömək
Günahsız qurbanlar aldığı yetər!
Bəlkə övladlar dərd görməmişdir
Bundan betər...
Son bir ümidi məhv edər
Zalım kədər
İlahi, yaratdığın aləm heçnədən olar hədər...
Aman, aman! Dayan insan
Düşün bir an
Hara axır zaman?
Aman, ay aman! Dayan insan
Düşün bir an
Hara axır zaman?
(Zaman)
(Zaman)
(Zaman)
(Zaman)...




Faiq Ağayev - Ola Bilməz
Album Ola Bilməz
date of release
21-03-1996




Attention! Feel free to leave feedback.