Fidan Hacıyeva - Görmürsən Məni Lyrics

Lyrics Görmürsən Məni - Fidan Hacıyeva



Hər səhər Günəşin şəfəqləriylə
Səni oyadıram, görmürsən məni
Keçdiyin yollarda gözlərə qonub
Sənə qayıdıram, görmürsən məni
Ulduzlarla birlikdə hər gecə
Alışıb yanıram, görmürsən məni
Ayın gözlərinə qonub gizlicə
Sənə boylanıram, görmürsən məni
Dəli bir ruzigarla bəzən çılğınca
Telini qoxulayıram, görmürsən məni
Narın bir yağmurla daim səssizcə
Üzünü oxşayıram, görmürsən məni
Dəli bir ruzigarla bəzən çılğınca
Telini qoxulayıram, görmürsən məni
Narın bir yağmurla daim səssizcə
Üzünü oxşayıram, görmürsən məni
Bir səstək bil ki, hər gecə
Yuxuna gəlirəm, görmürsən məni
Sirli bir xəyaltək hər gün, hər gecə
Mən sənə qonağam, görmürsən məni
Bəzən dinlədiyin o nəğmələrdən
Bəzən oxuduğun o şeirlərdən
Bircə Tanrı bilir nələrdən
Sənə səslənirəm, görmürsən məni
Dəli bir ruzigarla bəzən çılğınca
Telini qoxulayıram, görmürsən məni
Narın bir yağmurla daim səssizcə
Üzünü oxşayıram, görmürsən məni
Dəli bir ruzigarla bəzən çılğınca
Telini qoxulayıram, görmürsən məni
Narın bir yağmurla daim səssizcə
Üzünü oxşayıram, görmürsən məni
Görmürsən məni
Görmürsən məni
Görmürsən




Fidan Hacıyeva - Görmürsən Məni - Single
Album Görmürsən Məni - Single
date of release
02-10-2023




Attention! Feel free to leave feedback.