Flora Kərimova - İntizar Lyrics

Lyrics İntizar - Flora Kərimova



Göy Xəzər enir, qalxır
Gözlərim yollara baxır
Göy Xəzər enir, qalxır
Gözlərim yollara baxır
Əsdikcə sərin küləklər
Gətirir mənə şad xəbər
Əsdikcə sərin küləklər
Gətirir mənə şad xəbər
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Yaşıl geyib tarlalar
Bağ-bağçalar gətirir bar
Yaşıl geyib tarlalar
Bağ-bağçalar gətirir bar
Gülür əmək hər bir yanda
Həm dağlarda, həm Aranda
Gülür əmək hər bir yanda
Həm dağlarda, həm Aranda
Pıçıldaşır göy yarpaqlar
Ürəyim tutmayır qərar
Pıçıldaşır göy yarpaqlar
Ürəyim tutmayır qərar
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Arzular çiçək açır
Nəğməmiz el-el dolaşır
Arzular çiçək açır
Nəğməmiz el-el dolaşır
Göydə şən quşlar ötüşür
Qaragözlü axşam düşür
Göydə şən quşlar ötüşür
Qaragözlü axşam düşür
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr



Writer(s): Cabir Novruz, Ibrahim Topçubaşov, Medine Gülgün, Oqtay Kazımi


Flora Kərimova - Oqtay Kazıminin Bəstələri
Album Oqtay Kazıminin Bəstələri
date of release
15-03-2022




Attention! Feel free to leave feedback.