Gülüstan Əliyeva - Gülüm Lyrics

Lyrics Gülüm - Gülüstan Əliyeva




Bilməzdim, yoxluğun dönüb qəfəsə
Qəddimi beləcə əyərmiş, gülüm
Əgər həsrətindən öləcəyəmsə
Deməli, ölməyə dəyərmiş, gülüm
Bilməzdim, yoxluğun dönüb qəfəsə
Qəddimi beləcə əyərmiş, gülüm
Əgər həsrətindən öləcəyəmsə
Deməli, ölməyə dəyərmiş, gülüm
Ömür ötüb getdi, bu eşqim, bu mən
Heç anlamadım məhəbbətindən
Bilməzdim, güllər yar həsrətindən
Açılmaz qönçəyə dönərmiş, gülüm
Ömür ötüb getdi, bu eşqim, bu mən
Heç anlamadım məhəbbətindən
Bilməzdim, güllər yar həsrətindən
Açılmaz qönçəyə dönərmiş, gülüm
Açılmaz qönçəyə, qönçəyə dönərmiş, gülüm
Açılmaz qönçəyə, qönçəyə dönərmiş, gülüm
Necə qəddarmış ömrün bu vaxtı
Necə qar tutarmış teli bu vaxtı
Yerdə tapmayanlar qisməti, baxtı
Göyün qapısını döyərmiş, gülüm
Necə qəddarmış ömrün bu vaxtı
Necə qar tutarmış teli bu vaxtı
Yerdə tapmayanlar qisməti, baxtı
Göyün qapısını döyərmiş, gülüm
Ömür ötüb getdi, bu eşqim, bu mən
Heç anlamadım məhəbbətindən
Bilməzdim, güllər yar həsrətindən
Açılmaz qönçəyə dönərmiş, gülüm
Ömür ötüb getdi, bu eşqim, bu mən
Heç anlamadım məhəbbətindən
Bilməzdim, güllər yar həsrətindən
Açılmaz qönçəyə dönərmiş, gülüm
Açılmaz qönçəyə, qönçəyə dönərmiş, gülüm
Açılmaz qönçəyə, qönçəyə dönərmiş, gülüm




Gülüstan Əliyeva - Gülüm - Single
Album Gülüm - Single
date of release
11-12-2024



Attention! Feel free to leave feedback.