Namiq Qaraçuxurlu - Ürəyimin Oğrusudur Lyrics

Lyrics Ürəyimin Oğrusudur - Namiq Qaraçuxurlu




Bu həyatda qəfil gələn,
Bir sevgidir bir ölüm
Belə qismət olmaz olsun
Sevənlərə verir zülüm
Tanrı yazır mələklərə
Deyir onlar tez qovuşsun
Duyur fələk tez ayırır
İsdəyir ki, həsrət olsun
Varsa günahım, baxma gözümə
Qaytar ürəyi, qaytar özümə
Var ümidim anlayar o
Mən deyiləm əhdə dönük
Öz-özünü danlayar o
Bilməsə səhvi böyük
Mən dedim yandı canım?
Bəlkə ən doğrusudur
Söyləyirəm bilsin hamı!
O ürəyimin oğrusudur.
Həyatımın sevgisidir,
Canım qədər sevdim onu
Tutaydı kaş əllərimdən
Bu həsrətin gəlsin sonu
Qışım donub, yazım solub
Keçmir inan bu fəsillər
Anlayarsan bəlkə bir gün,
Qiymətimi keçsə illər.





Attention! Feel free to leave feedback.
//}