Lyrics Basqa Birisini Seve Bilmezsen - Nigar Muharrem
Hələ qəlbimizdə xatirə izi
Hələ ayrılığın nəmlidi gözü
Hələ ki sevirik bir-birimizi
Başqa birisini sevə bilməzsən
Gör neçə nəğmənin bəstəsi qalıb
Bu ocaq sönübsə, tüstüsü qalıb
Əlimdə əlinin istisi qalıb
Başqa birisini sevə bilməzsən
Axar gözümüzün yaşı qurumaz
Deyirdin bu ilqar, peyman pozulmaz
Belə sevə-sevə ayrılmaq olmaz
Başqa birisini sevə bilməzsən...

Attention! Feel free to leave feedback.