OGB - Absurd Lyrics

Lyrics Absurd - OGB




Divarı döyür mismar
Bu, fəlsəfi istismar
Axtarıram istisna
Sayıram pis misra
İdeyalar "искра"
Hərləmirəm "diss-miss" zad
Mən kimliyimi sizə yox
Özümə edirəm isbat
Heç kimə olmaram müqəvva
Sabahım özümə müəmma
Gördüm n qədər əmma
Nəfsə bağlı məqamlar
Hərə öz həyatına bənna
Heç kimdən güdmə təmənna
Ruzim Allahdan təamlar
Ürək cibimdən kəlamlar
Axtarıb tap, hanı
Axtaran tapılır
Çapıram atımı
Çap edib adımı
Ağırdır qapanım
Həyatım qapalı
Qapılar qapanır
Qapadım qapını
Qaraldır qanını
Qaranlıq qalalar
Qırlayır qaralar
Binanın damını
Vaxtını alanlar
Soruşur halını
Onsuz da anlamır
Yelləyir dalını
Zamanın qara zolaq
Aparır yolu sona
Həyatın yarı sınaq
Çatmısan yarısına
Yarı qalar, yarı sınar
Zaman əlimdə təsbeh
Tərs beyində tərs beyt
Özümü edirəm tənbeh
Ola bilmərsən mənə tən, ey
Dəyişəcək həyatını bir neçə sətir
Həqiqəti eşitmək üçün çeki gətir
Buraları yaxşı tanıyan 3-4 nəfərdənəm mən
10 hərifli ölkə, 4 hərifli şəhərdənəm mən
Bu yeraltı məhsul
Paxıllara absurd
Həyatımız "matrix"
Göy-qırmızı kapsul
Çox adama stimul
Sirkə qırar saxsı
İstəmirəm titul
Məndən olmaz "idol"
Bu yeraltı məhsul
Paxıllara absurd
Həyatımız "matrix"
Göy-qırmızı kapsul
Çox adama stimul
Sirkə qırar saxsı
İstəmirəm titul
Məndən olmaz "idol"




OGB - Absurd
Album Absurd
date of release
18-02-2025

1 Absurd




Attention! Feel free to leave feedback.