Lyrics Manya Kərimova - Orkhan Zeynalli
O
deyir
bu
həyat
düzələr
yenə,
O
sevinc
o
gözdən
süzülər
yenə,
Onun
ən
sonuncu
günləri
xoşbəxt
quşlar
qatarına
qoşular
yenə.
O
solan
həvəsi
cücərər
yenə,
O
rahat
yatacaq
gecələr
yenə,
Biləcək
bu
həyatda
gərəkli
insandı,
bir
gün
güləcək
yenə.
Bakı,
səndən
uzaqlaşdıran
şosseylə.
Maşında
HOST,
qulağımızda
Krec′in
nəğməsiylə.
Yolumuz
Şamaxı
istiqamətində
füsunkar
duman,
mühərrikin
səsi,
diksinirdi
dincələn
botanika.
Bir
az
var
dinamika,
yarpaqlar
əsir,
buludlar
bezir,
yol
uzanır,
uzandıqca
beyin
bezir.
Hiss
edirik
saniyələr
ömrümüzdən
gedir,
ağacları,
döngələri
saya-saya.
Bu
yolumuzun
səbəbkarı
olan
şəxs,
onun
özünə
həyatı
bir
qədər
kobud
və
biraz
tərs.
Son
dərəcə
inamsız
o,
artıq
Allaha
da
qarşı.
Həyatından
narazı,
bu
yaşda
həyata
qarşı.
Ömrünü
həsr
etmiş
xalça
toxumağa,
vaxt
ayırmamış
yazmağa,
oxumağa.
Kəndin
ən
ucqar
ucunda
mövcud
xalça
fabriki,
onunla
eyni
qocaldı,
köhnəlib
söküldü.
Amma
vaxt
vardı
ki,
o
barmaqlar
iynələrlə
möcüzələri
həyata
keçirib
fəxr
edirdi
əsərlərlə.
Zibilə
qalsın
burokratiya,
sökülsün!
Əmri
verən
o
əllər
də,
bu
işə
sərf
edilmiş
o
illər
də.
Boşa
mı
getdi
görən
tək
bir
işdi
əlindən
gələn,
hər
insanın
öz
marağı
yaranır
həyata
gələndən.
Onun
marağı
incəsənət,
gözəllik
yaratmaqdı.
Bizim
işimiz
isə
sadəcə
dinləməkdi.
"40
il
əvvəl
mən
də
cavan
idim,
mənim
də
öz
arzularım
var
idi.
Çoxu
indi
heç
yadıma
da
gəlmir.
Bir
neçə
rəfiqəmlə
həyatdan
danışardıq.
Bəziləri
yoxdu
indi,
bəzilərisə
köçüb
artıq.
Heç
vaxt
düşünmürdüm
ki,
gedim
mən
də
şəhərdə
yaşayım.
Bilirsən,
kənd
yeri
elə
bil
ki,
ayrı
dünyadı.
Hamını
tanıyırsan,
xeyir-şərini
bölüşürsən.
Axşamlar
isə
bir
həyətdə
yığışıb
gülüşürsən.
Qızımı
ərə
vermişəm
artıq,
indi
o
Bakıda
yaşayır.
Hər
dəfə
deyir
amma
nəsə
yadımda
qalmır
haradı.
Sağolsun
bayramlarda
gəlir
mənim
qayğıma
qalır,
həmin
o
xoşbəxt
saniyələri
zaman
əlimdən
alır.
Çox
böyük
sürətlə
gedir
bu
qatarlar.
Hansı
ki,
adi
bir
gülüşü
bahasına
satarlar.
Nə
edim
mən
ki,
adi
insan
doğulmuşam.
Mən
də
bu
maddiyat
bataqlığında
boğulmuşam.
Yerinə
tikilər
yəqin
otel
ya
da
elə
bir
şey.
Nəyimə
lazımdı
yaddaş,
unudulacaqsa
hər
şey.
İnanırsan,
60
il
bəlkə
ondan
da
çox,
mən
burda
sevinc
qarşılığında
həyat
verdim.
Ömrümdən
kəsib
illəri
çoxuna
dayaq
verdim.
Cavanlıq
günlərimi
bu
xarabaya
mən
qurban
verdim.
Hər
dəfə
cavab
verdim
qoca
gözlərimin
sualına,
öz
ölüm
məktubumu
pıçıldadım
qulağıma."
Bəlkə
daha
sadədi
hər
şey,
sadəcə
həyatda
kiminsə
bəxti
gətirir,
kiminsə
yox.
Axı
ola
bilməz
ki,
hamıda
hər
şey
yaxşı
olsun.
Kimsə
xoşbəxtsə
gərək
kimsə
bədbəxt
olsun.
Adi
bir
insan
idi
amma
böyük
ürəyi
vardı.
Bayırda
yay
havası,
dağlarınsa
başı
qarlı.
Həmin
o
qadına
doğma
torpağında
yer
verildi,
sökülən
fabrikin
isə
yerinə
məktəb
tikildi.
1 Vecsiz (feat. Ayka)
2 Bəlkə Də Nə Vaxtsa (feat. Ayka)
3 Manya Kərimova
4 Hisslər Danışanda (feat. Ayka)
5 Dəb Xətrinə (feat. Miri Yusif)
6 Siz
7 Prizma (feat. PRoMete)
8 Zamanın Ruhu (feat. PRoMete)
9 M (feat. Ayka)
10 Evdən Uzaqda
11 Yarımçıq Həyat (feat. Ayka)
12 Biz Insan Deyilik (feat. Jamal Ali)
13 Dinlə (feat. PRoMete)
14 Antimental (feat. PRoMete)
15 H.O.S.T Silləsi (feat. Qaraqan)
16 Kim Inandı (feat. Jamal Ali)
Attention! Feel free to leave feedback.