Orkhan Zeynalli feat. Roya Miriyeva - Utancaq Lyrics

Lyrics Utancaq - Orkhan Zeynalli



Sənə görə oluram utancaq
Tutulur səsim, dodağım, dilim
Körpə ürəyinə mən oyuncaq, bax
Qırılır qəlbim, sökülür evim
Səslərəm səni ən uca dağların
Əks-sədası yenə üstələr məni
Sənin üçün yazılan sözlər dil açıb
Üzümə baxıb deyir: "Bəstələ məni"
Qoy dəysin damlalar pəncərəyə
Sən öz evində, mən öz evimdə
Çəkək taleyin xətlərini
Sən öz əlində, mən öz əlimdə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
Həyatını sonsuz bahara döndərim
Çiçək açmayan güllər utansın
Danışım olmayan xatirələrimizi
Sənsiz keçən illər utansın
Səmadasan dedin, amma sənə
Tərəf uçdum, yoxsan, sən haradasan?
Ağ-qara həyatımız minor notlarsa
Pianodakı dillər utansın
Qoy dəysin damlalar pəncərəyə
Sən öz evində, mən öz evimdə
Çəkək taleyin xətlərini
Sən öz əlində, mən öz əlimdə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə



Writer(s): Orkhan Zeynalli


Orkhan Zeynalli feat. Roya Miriyeva - Utancaq (feat. Roya Miriyeva) - Single
Album Utancaq (feat. Roya Miriyeva) - Single
date of release
14-06-2023




Attention! Feel free to leave feedback.