Pranga - Nargin Lyrics

Lyrics Nargin - Pranga




Necə iyrənc suların var idi, boynuna daş bağlayıb
Qayalarından itələdiyim arzularım var idi
Gedənlər heç qoymurlar arxalarında
Bu xalqın vicdanı kimi məni batır dalğalarında
Hanı bəs, geri dönürdü gedənlər gedən dalğalar kimi?
Kaş uzun olardı gecələrin ömrü qarğalar kimi
Daha Bakının küləkləri əvvəlkitək əsmir ağır
Özünü sevməyən bir adamı Tanrı cür sevsin axı?
Gəl tut, apar məni Xəzər, məni apar özünlə
Ruhu çıxar bədənimdən, məni qopar özümdən
Qoy gəmilər kimi ləpələrində düşüm çovğuna
Qayalarına adını yazdığım qızın indi bir oğlu var
Özlədinmi sən heç? Ağladınmı sən də?
Küsüb dünyadan hamının üzünə qapını bağladınmı sən də?
Gecələr oyandınmı sən qanlı öskürəklə heç?
Bir dəli yağış ol, arada yağ ömrümə, əs küləklə, keç
Şeir küsüb zərafətinə, əllərimdə qan qoxusu
Mən, əsrlərdir, qaçıram özləminlə son nəfəs
zülfünü, bu gecə Tanrı tellərində can toxusun
Bu gecə Ay intihar edir gözlərində son dəfə
Edam etdilər məni Aydan asaraq
Həyat payız, ömür xəzan, mən isə qoca çinar ağacı
Alıb başımı gedirəm indi yaralarıma dağ basaraq
Qərənfillər əkdiyim torpaqda böyüdü dar ağacım
Bakı artıq o günlərtək bizi yada salmır
bu dəniz indi coşur, xatirəsi sağdır
Səni basdırdığım torpaqların ismi ölümdür
Digər adı "Nargin", sənin adın "Nargin"
Bakı artıq o günlərtək bizi yada salmır
bu dəniz indi coşur, xatirəsi sağdır
Səni basdırdığım torpaqların ismi ölümdür
Digər adı "Nargin", sənin adın "Nargin"
Onun bəyaz saçları, bir zamanlar sarı idi
Gözləri səndən mavi bir qadınım var idi
Balkonunda qızıl orxideyalar düzərdim
Buzovnanın sahillərini birgə gəzərdik
Gedərdik əl-ələ görünməsə yolların sonu
O, "Müşfiq" oxumağı sevərdi, mən sevərdim onu
Seyr edərdi dalğalarını bir papiros tüstüsündə
Özü isə mavi dənizlər gizlədirdi öz gözündə
Az gülər nəmli gözləri ilə, az danışardı
Mənə qara bəxt, ona qara paltar yaraşardı
Sevərdi, sevərdim, ağlayardı, susardım
Gülərdi, yazardım, o getdi, azaldım
Bilirdi, qalmayacam, bilirdi, içdə dərvişəm
Elə bilirdi, hamı kimi mən getmək üçün gəlmişəm
Küsüb üzülərdi mən müharibələrimdən danışanda
Gözü yaşarar, əsər külək, səpələnərdi yağış onda
Xəzər coşar, aşıb-daşar, ləpələnərdi dəli kimi
Dalğalanıb, qıvrılardı onun sarı telləri kimi
Qızıl zülfü rəqs edərdi o dəli küləklərlə
O ölən gün anladım ki, ölür mələklər
Sən ölmədin, evin mənəm, sol yanımda qalırsan
Mən gedirəm indi xəyallarımı burada gömüb
Sən gecələr boz Ay kimi yoluma işıq salırsan
Ulayıram hər gecə ruhuna mən qurda dönüb
Bakı artıq o günlərtək bizi yada salmır
bu dəniz indi coşur, xatirəsi sağdır
Səni basdırdığım torpaqların ismi ölümdür
Digər adı "Nargin", sənin adın "Nargin"
Bakı artıq o günlərtək bizi yada salmır
bu dəniz indi coşur, xatirəsi sağdır
Səni basdırdığım torpaqların ismi ölümdür
Digər adı "Nargin", sənin adın "Nargin"
Sən gəlmədin, biz, biz olmadıq
Dözmədi xatirələr
Sürdürə bilmədim heç
Görmədim xoşbəxtliyi





Attention! Feel free to leave feedback.
//}