Roya feat. Deyirman - Sen Lyrics

Lyrics Sen - Roya feat. Deyirman




Bizə qanad verən sevgi adlı möcüzə var
Bizə səbir verən sevgi adlı möcüzə var
Bizə uçuş verən, bizə yapış deyən
Bizi alışdıran, bizi görüşdürən
Sərin gecələr, qayğısız küçələr
Şəhər dincələr, qəlbim dərd çəkər
Alovlanıram mən, yanıram coşqun qucağında
Mən batıram göz yaşların bulağında
Batdım günaha, məni qınama daha
Üzümü tutmuşam sabaha, qabağa
Ümidim dəniz kimidir, sən isə dalğa
Biz keçici, eşq əbədi sel kimi axa-axa
Günəş dərddən əyilib döndü
Cahanda titrəyən sim söndü
Üz döndü, dünya döndü
Ümidli röyam gecə xəyalımda öldü
Gəl, ürək dolu, danışaq
Gəl, ürək dolu, görüşək
Sən qəlbi qıran bir insan
Sən yaşamağa peşman edən
Gəl, ürək dolu, sevişək
Gəl, ürək dolu, danışaq
Sən qəlbi qıran bir insan
Sən yaşamağa peşman edənsən
O gün alovun yandırdı dərimi
Bilmədim, kimə danışım bu dərdimi
O gün gözlərində batdım daş kimi
O gün qabağında əridim şam kimi
Mənə deyirdin: "Həyatımın mənasısan
Mən üzük, sən isə qaşımsan"
Haradasan, haradasan?
İndi gizlətdin dərdini
Təhminə Zaurdan gizlətdiyi kimi
Bağışla göz yaşlarına görə
Sonsuz çaylara bənzər
Bağışla ki, qucaqlamadım sonda
İtdin dəniz üfüqünə bənzər
Qayıt, dodaqlarının dağlarını keçərəm
Qayıt, gözlərinin çaylarında üzərəm
Qayıt, səsinin yağışında gəzərəm
Təki qayıt, əllərindən dəniz içərəm
Gəl, ürək dolu, danışaq
Gəl, ürək dolu, görüşək
Sən qəlbi qıran bir insan
Sən yaşamağa peşman edən
Gəl, ürək dolu, sevişək
Gəl, ürək dolu, görüşək
Sən qəlbi qıran bir insan
Sən yaşamağa peşman edənsən
Səadət sarayı, şəhadətnaməyə qol çəkir qız
Valideyn səhvinin cəzasını çəkir qız
Mendelson marşı səsləndi, üzüklər taxıldı
Yeni ailə quruldu, xəyallar dağıldı
Qırıldı son ümid, son sözlər bitdi
Buludların arasında göyərçinlər itdi
İndi gül yalandan, rəqs et uzaq qohumu üçün
Pis xatirələrin rəngli albomu üçün
Gəlinin bacısı göz yaşlarını gizlədə bilmir
O, hər şeyi başa düşür, amma heç edə bilmir
Onu bərk qucaqlayıb qız qulağına pıçıldayacaq
"Ağlama, bacım, səndə hər şey başqa cür olacaq!"
Elə bu sözləri deyən kimi qız özündən getdi
Hamı dərhal yığışdı, bəy özünü yerinə yetdi
Bir neçə dəqiqədən sonra qız açdı gözünü
Dedi: "O məni itirdi, mən isə özümü"
Gəl, ürək dolu, danışaq
Gəl, ürək dolu, görüşək
Sən qəlbi qıran bir insan
Sən yaşamağa peşman edən
Gəl, ürək dolu, sevişək
Gəl, ürək dolu, görüşək
Sən qəlbi qıran bir insan
Sən yaşamağa peşman edənsən




Roya feat. Deyirman - Feat.
Album Feat.
date of release
05-12-2018



Attention! Feel free to leave feedback.