Royal Babayev - Bağışla Lyrics

Lyrics Bağışla - Royal Babayev




Bağışla, gecə, içim səndən daha qaranlıq
Sən sevgi mələyisən, mənsə tanrı tənhalığı
Sınıq qələmim əsir düşdü, göz yaşına toxundu
Qara saçlarına dəyməz ehtirası bütün qadınların
Ayağına batan zaman əcəlin sərt tikanıdır
Öz əli ilə qoparardı bu fələk kaş qanadlarımı
Məzarına mənəm gələn, başıma kül tökərək
Getməyəcəm görməyənə qədər sənsiz qalmış cahanı
Səni sevdiyimə gülənlər var ki, nazlı pərim
Kaş yarın hüsnünü bir dəfə görərdi onlar, dilbərim
Ümidlərimə gözlərindən dərin bir quyu qazdım
Xəyallarım qarışdı tüstüyə, şeirlərimi yandırdım
Yar küyündən gələn səsləri göyərçinlər eşitsə
Mənim kimi fəqan eyləyib, inildəyər onlar da
İnsanlar anlamaz, mənə tənə vuranlara deyin ki
"Dərdimi duymaq üçün duyğu yoxdur onlarda"
Gecə, mən, tozlu pəncərəm
Sükut, əzilmiş şəkilləri, sınıq qələm
Retro dərdlər, Winston, ağrılar
Hə... Bir də, sənli xəyallar
Gecə, mən, tozlu pəncərəm
Sükut, əzilmiş şəkilləri, sınıq qələm
Retro dərdlər, Winston, ağrılar
Hə... Bir də, sənli xəyallar
Bağışla, günəş, o, səndən daha parlaq
Hər səhər üfüqdən saçaraq öz şanələrin
İsidir əllərimi özündən güc alaraq
Xatırladır gözlərimi qamaşdıran İlahəni
Xəyalına mənəm gələn qapıları tək-tək döyərək
Neçə qıfıl qırmalıyam sevgi qapısını açmaq üçün?!
İsti əllərində soyuqdan titrəyərək
Neçə odda yanmalıyam günəş kimi saçmaq üçün?!
Yadında saxla məni ən dəyərli xatirən kimi
Faciələri zamana bağışladım sən gedəli
Saçlarının qoxusu hələ getmir əlimdən
Axı mən yoxluğunda göz yaşımda boğmuşam bu bədəni
Ruhuma küskünəm mən, sözlərimi bölməmişəm
Xəzərdə boğulanda qəlbim itib, ölməmişəm
İnan, mən sənin qədər üzgünəm
Özünü tapmaq istəyəndə gözünü üzümə çevir
Mən sənin öz güzgünəm



Writer(s): Hanto Beatmaker, Royal Babayev



Attention! Feel free to leave feedback.