Rəhim Rəhimli - Hara Getdin Lyrics

Lyrics Hara Getdin - Rəhim Rəhimli




Saf eşqimdə mənə ortaq olmadın
Sən baş-başa qoydun məni qəmimlə
Halımı bir dəfə sormadın
Dəryadayam bir yelkənsiz gəmimlə
Saf eşqimdə mənə ortaq olmadın
Sən baş-başa qoydun məni qəmimlə
Halımı, bir dəfə olsa, sormadın
Dəryadayam bir yelkənsiz gəmimlə
Görüşdük, sevindik, sonra da itdim
Sanki yuxu idi, bir xəyal idin
Məni tənha qoyub, de, hara getdin?
Cavabsız bir sual idin
Görüşdük, sevindik, sonra da itdim
Sanki yuxu idi, bir xəyal idin
Məni tənha qoyub, de, hara getdin?
Cavabsız bir sual idin
Sənsiz dünya mənə qəfəs kimidir
O sənli günlərim sirdaşım oldu
həsrət yenidir, qəm yenidir
Sirdaşım olmadın sən, göz yaşım oldun
Sənsiz dünya mənə qəfəs kimidir
O sənli günlərim sirdaşım oldu
həsrət yenidir, qəm yenidir
Sirdaşım olmadın sən, göz yaşım oldun
Görüşdük, sevindik, sonra da itdim
Sanki yuxu idi, bir xəyal idin
Məni tənha qoyub, de, hara getdin?
Cavabsız bir sual idin
Görüşdük, sevindik, sonra da itdim
Sanki yuxu idi, bir xəyal idin
Məni tənha qoyub, de, hara getdin?
Cavabsız bir sual idin
Cavabsız bir sual idin



Writer(s): Rahim Rahimli



Attention! Feel free to leave feedback.