Rəhimxan - Xəyanət Lyrics

Lyrics Xəyanət - Rəhimxan




qaldı, söylə, geriyə bu sevgidən? - Xəyanət
Sən demə, yalan imiş təmiz sevgi, məhəbbət
İtirdim hər şeyimi, bax indi təkcə ağrılarım var
Səndən mənə əmanət
qaldı, söylə, geriyə bu sevgidən? - Xəyanət
Sən demə, yalan imiş təmiz sevgi, məhəbbət
İtirdin hər şeyini, bax indi təkcə mahnılarım var
Məndən sənə əmanət
Qalmadı səbrim, axı deyil ürəyim daşdan
Demə ki, peşmanam, başlayaq hər şeyə gəl başdan
Sən ki geridə buraxıb məni özgəsinə güvəndin
Əskik olmasın ürəyində dağ, gözündə yaşlar
Bağışlar səni Allah, daha gözləmə məni, gəlməm
Bitdi hər şey, istəsək də, olmaz daha bizdən
İndi sərxoşam çıxmadı ağlımdan əsla
Necə asanlıqla saldı özünü o qız gözdən
İstəmirdim unutmaq, amma səni ürəkdə gömdüm
Özgəsi ilə gülmə, istəsən, al canımı, öldür
Hər gecə səni izləyirəm sən gələndə pəncərəndə
Görmək istəsən, otağının işıqlarını söndür
Sənmi günahkar, yoxsa mənmi səbəbkar?
İndi qəmli gözlərin ağlamağa bir nədəni var
Mənmi düşmənəm, yoxsa yar idi peşman?
Çünki hər xəyanətin sonunda bir bədəli var
qaldı, söylə, geriyə bu sevgidən? - Xəyanət
Sən demə, yalan imiş təmiz sevgi, məhəbbət
İtirdim hər şeyimi, bax indi təkcə ağrılarım var
Səndən mənə əmanət
qaldı, söylə, geriyə bu sevgidən? - Xəyanət
Sən demə, yalan imiş təmiz sevgi, məhəbbət
İtirdin hər şeyini, bax indi təkcə mahnılarım var
Məndən sənə əmanət
Unutmadım mən, düşməsəm yadına
Sən doğmasan mənə, mən sənin yadınam
Soldu çiçəklər bizim sevgi bağında, bitdi
Doldu gözlərim qurudu yaş yanağımda
Olmayaydı kaş ayrılıq yavaş-yavaş
Aldı məndən məni, sevməm daha, bir güvənməm
Qırdı qəlbimi dərdinə dərman olduğum
O gedən getdi o yarım, bilirəm, bir daha dönməz
Çətin olsa da zaman-zaman, yoxluğunla barışdım
Bu milyonlar içində, bil, sənsizliyə qarışdım
Sən gedəndə güldülər adımı qoydular dəli
Çünki gecəni səhərə qədər şəkillərlə danışdım
Sən var idin, vardı bahar, çiçək açırdı gülüşlər
Yoxsan indi, soldu çiçəklər sonuncu görüşdə
Bilməz idim, ayrılarıq biz günün birində
Doğrudan da, bir xeyir var olan-bitən hər işdə
qaldı, söylə, geriyə bu sevgidən? - Xəyanət
Sən demə, yalan imiş təmiz sevgi, məhəbbət
İtirdim hər şeyimi, bax indi təkcə ağrılarım var
Səndən mənə əmanət
qaldı, söylə, geriyə bu sevgidən? - Xəyanət
Sən demə, yalan imiş təmiz sevgi, məhəbbət
İtirdin hər şeyini, bax indi təkcə mahnılarım var
Məndən sənə əmanət





Attention! Feel free to leave feedback.