Sövkət Ələkbərova - Bir Könül Sındırmışam Lyrics

Lyrics Bir Könül Sındırmışam - Sövkət Ələkbərova



Mən onu dan ulduzu
Nazlı şəfəq sanardım
Kimə inanmasam da
Bir ona inanırdım
Kimə inanmasam da
Bir ona inanırdım
Ah
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
O, bir qaranquş kimi
Qəlbimdə yuva qurdu
Acı dilim qurusun
Dilim onu uçurdu
Acı dilim qurusun
Dilim onu uçurdu
Ah
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
Saçlarının gül ətri
Titrəyən ovucumda
İntizar baxışların
Ağlar yol ayrıcında
Titrəyən baxışların
Ağlar yol ayrıcında
Ah
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam
Dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam



Writer(s): Islam Seferli, Ramiz A Mirishli


Sövkət Ələkbərova - Bir Könül Sındırmışam
Album Bir Könül Sındırmışam
date of release
23-05-2022




Attention! Feel free to leave feedback.