Uran - Vətəndaşa Mesaj Lyrics

Lyrics Vətəndaşa Mesaj - Uran



Vətəndaş!
Həri. Yaxın gəl, yaxın gəl, yaxın gəl
Yaxın gəl, yaxın otur! Hə!
Yaxın gəl, yaxın otur!
Söylə!
Söylə görüm, sən yaşayansan ya sürünən?
Şəxsi fikrə sahib, yoxsa sürünürsən, sürünən?
Wikipedia səninçün əsas media?
Bil ki, orada belə şeydi a, istəyən edir qeydiyyat!
Kremlin sürtdüyü kremi yalama
Yüz faiz altda ayrı zaddır, üstü tortdur yalandan
Guya Avropa zordur bunlardan?
Qarabağı xatırla
Bizim azadlıq savaşımıza işğal deyən "qatıq"lar
Siyasət girməyən kol yoxdur, ayrı yol yoxdur
Sındırasan baş gərək
Çün beyini yumaqçün düşünə bilməyən vətəndaş gərək
Bu oyunda baş kələyi düz sual çıxarır aşkara
Atıb ox şikara
Kimin əli ağ, işi qara
Gülür; dişi qan, ölür nəşi qara
Silahlı kişi əvəzi kitab oxuyan beşi qalır
İşğalçının gicgahında deşik olur
Qurd-quşa yem əvəzi leşi qalır
Eşit bala, belədə ayı sevir balı, fəqət
Ət yeməyə edir hərəkət
Dur fərəqət!
Bur vərəqi, vur başına milçəyin
Çıxarıbsa propoqanda maşını öz dilçəyin!
Mənşəyin öyrən oxuduğunun
Necə mənbəyin təyin edirsən pis qoxunun
Diplomatik dildə sətiraltı toxunur
O da həmişə oxunmur mesaj çatmır çoxuna
Gördüyünü çox da buraxma yaxına!
Bir əmrlə min adam düşür daxıla!
Kimdəsə görüb çönüb bizə baxırlar
Açıq gizlin qapılar, beyinə zibili soxurlar!
Vətəndaş!
Həm tənqid et, həm ol tənqidə davamlı
Dəyişdir dəqiqədə havanı
Təmizlə beynini davamlı
Xüsusən bu zamanda
Vacib düşünən, dəliqanlı cavanlar!
Həm-həm tənqid et, həm ol tənqidə davamlı
Dəyişdir dəqiqədə havanı
Təmizlə beynini davamlı
Xüsusən, bu zamanda
Vacib düşünən, dəliqanlı cavanlar!
Yaxın gəl, hə, yaxın dur, yaxın otur!
Yaxın gəl, de, yaxın dur, yaxın otur!
Yaxın gəl, hə, yaxın ol, yaxın otur!
Dinləyib düşünməyin - əsas məqsədim budur!
Yaxın gəl, hə, yaxın dur, yaxın otur!
Yaxın gəl, dur, yaxın gəl, yaxın otur!
Yaxın dur, hə, yaxın gəl, yaxın otur!
Dinləyib düşünməyin - əsas məqsədim budur!
Çoxdan oyun gedir geopolitik
Məkanında "post-sovyetik"
Klassikadan Tolstoy itir
Dənizin dibinə kreyser "Moskva" enir
Buçada əsgəri qəssab - bu, məzhəbidir!
Ssenari eyni, yaz qoy bir kənarına beyinin
"İşğalçı neyniyir?"
Zəbt et, qətl et, qopar, et qarət
İmperiya üçün qanı bahasına ticarətdir bu!



Writer(s): Andrei Lulian Zetu, Ibrahim Ibrahimov


Uran - M.i.F.
Album M.i.F.
date of release
22-12-2022




Attention! Feel free to leave feedback.