Aygün Bəylər - Qarabağ Şikəstəsi (feat. Teyyub Aslanov) paroles de chanson

paroles de chanson Qarabağ Şikəstəsi (feat. Teyyub Aslanov) - Aygün Bəylər



Ay, ay, aman, ey
Can, yar, ay, yar
Yar, yar, ay yar, dadi-bidad, ey
Meysiz, məzəsiz can ilə canan ola bilməz
Sevda dediyin hər kəsə meydan ola bilməz
Ay aman, yar, ay aman, dadi-bidad, aman, ey
Allahu-Əkbər, ey sənəm
Allahu Əkbər, ey sənəm, hüsnünə heyran olmuşam
Qövsü-qüzehdir qaşların, yayına qurban olmuşam
Dadi-bidad, ey
Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşman ola bilməz
Yar. Ay aman. Dadi-bidad. Aman, ey
Üzündür ol cənnət gülü, saçun həqiqət sünbülü
Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam
Fələk, vay-vay... Budur, gəl, gəl
Aman, aman, aman, aman... Dadi-bidad... Ey
Girdim Günəşin qoynuna, min bir səhərim var
Bülbül mənim
Bülbül mənim, gül mənim, zimistan ola bilməz, ey
Ey, dəvi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm
Tağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam... Ay
Eşqim, ürəyim
Eşqim, ürəyim atəşinə yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz
Yar... Yar... Ey, ey
Gəh çıxmışam İsa kimi, ey, çərx üstünə oturmuşam, ey
Gəh varmışam Yusif kimi, ol Misrdə sultan olmuşam
Gecə-gündüz ayrılıqdan
Yandım hicran oduna
Səni görsəm, nazlı yarım
Gedər əldən ixtiyarım
Səni görsəm, nazlı yarım
Gülzarım, nazlı dilbərim, ey
Gərək, aşiq yar yolunda
Qalmasın can dərdinə
Aman, aman, aman, ey
Girdim Günəşin qoynuna, min bir səhərim var
Bülbül mənim, gül mənim, zimistan ola bilməz
Aman, aman, aman... Aman... Ey, ey
Sən əhsəni-təqvim idin
Sən əhsəni-təqvim idin, əqlim sənə heyran idi
Ey canların məhbubu, gəl
Ey... Ey canların məhbubu gəl, gör kim, insan olmuşam
Aman, aman, aman... Aman, ey
Camalın atəşinə
Camalın atəşinə yandı zar olan könlüm
Yetişdi kamə əgər, intizar olan könlüm... Ey
Neçə müddətdir, əsirəm, həsrətəm cananə mən
Nola, bu qəmxanədən axır çıxam bir yanə mən
Məskənim künci-qəfəsdir
Məskənim künci-qəfəsdir binəva bülbül kimi
Layiqi-zindan deyildim, düşmüşəm zindanə mən, ey
Ey vəfalı aşinalər
Ey vəfalı aşinalər, pis günümdür, bir gəlin
Bir qəribəm, acizəm, düşdüm nahaq böhtanə mən
Aman, aman, aman... Aman... Ey
Düşə bir nəzərim mehri-ruxi-canənə
Düşə bir nəzərim mehri-rüxi-cananə
Allah, Allah, seyr elə, seyr elə bir böhtanə
Allah, Allah, yenə gəl, seyr elə bir böhtanə
Bu sözdür ki, mənim eşqimi, yar, eyləmisən?
Ey, bu sözdür ki, mənim eşqimi hər yanə eyləmisən?
Allah, Allah, sözə bax, sеyr elə bir böhtanə
Allah, Allah, sözə bax, seyr elə bir böhtanə
Bеlinə tirmə sarıb, tirmə sarıb ucların əfşan edəsən
Ay yar... Ay aman... Ay yar... Aman, aman, aman... Ey... Yar
Ay yar... Yar... Dad, aman... Ey
Gülşəndə fəğan eylər ikən bülbüli-şeyda
Gül bülbülə, bülbül gülə, gül xarə dolaşsın
Gül bülbülə, bülbül gülə, gül xarə dolaşsın
Gül gülündən ayrı
Bülbülündən ayrı
Heç yaşamır ayrı?
Heç yaşamır ayrı?
Gül gülündən ayrı
Bülbülündən ayrı
Heç yaşamır ayrı?
Heç yaşamır ayrı?
Yar
A-a-a-a-ay... Yar
Aman, ey... Dadi-bidad... Aman, ey



Writer(s): əbülqasim Nəbati, Xalq Mahnısı, Xalq Muğamı


Aygün Bəylər - Canlı İfaları
Album Canlı İfaları
date de sortie
20-05-2024




Attention! N'hésitez pas à laisser des commentaires.