Aşıq Samirə - Bayram Günləri paroles de chanson

paroles de chanson Bayram Günləri - Aşıq Samirə



Aşıq gərək xalqa tərif yaza bayram günləri
Əlində saz, şirin avaz gəzə bayram günləri
El nəfinə yaxşı danış, eşidən "əhsən" desin
El nəfinə yaxşı danış, eşidən "əhsən" desin
Gülür yenə novbahartək üzə bayram günləri
Gülür yenə novbahartək üzə bayram günləri
Görürsənmi al bəzəkli bizim bu şən elləri?
Yel əsəndə ləpələnər süsəni, sünbülləri
Avazla nəğmə oxuyur vətənin bülbülləri
Avazla nəğmə oxuyur vətənin bülbülləri
Xoşbəxtlik hər gündə olub bizə bayram günləri
Xoşbəxtlik hər gündə olub bizə bayram günləri
Lalə, nərgiz, tər bənövşə bizdə açdı ilk bahar
Şəmşir, xoşdur səadətin, oldun əcəb bəxtiyar
Arzu çəkən başqa yerdə hansı bir məxluq ki, var
Arzu çəkən başqa yerdə hansı bir məxluq ki, var
Qismət olsun bizim kimi sizə bayram günləri
Qismət olsun bizim kimi sizə bayram günləri
Qismət olsun bizim kimi sizə bayram günləri
Aşıq gərək tərif yaza xalqa bayram günləri



Writer(s): Dede şemşir, Imran Həsənov


Aşıq Samirə - Sazlı-Nəğməli Aləm
Album Sazlı-Nəğməli Aləm
date de sortie
03-02-2021




Attention! N'hésitez pas à laisser des commentaires.