Badclause - Sakitləşdirici paroles de chanson

paroles de chanson Sakitləşdirici - Badclause



Ayrı şәhәr, ayrı küçә, ayrı insanlar üz vuran
Sәni mәndәn ayırır yollar, ayırır magistral
Bakıda qalan xatirәlәr zibildi, amma tәmiz bura
Ayrılmaq çox sadәdir sәninçün eşq qәliz guya
Demişdin ki, qәdәr ayıran olsa da belә bir olacağıq biz
Düşündüm, getməyәcəksən, bir yola iz olacağıq biz
günümüzә yaxşıyıq?
Bәs günümüzә pis olacağıq biz?
İncitsәk bir-birimizi, bәs onda olacağıq biz?
Mәn sәnә tәk qurban, verәrәm sәnә görә canımı
Sәni yazan әllәrimsә zühurunda kölә sanılır
Görәndә xoşbәxt hәyatı dәymәmişdi gözә qadınım
Mәn yazıram özüm üçün elә, sәni yazanda gözәl alınır
Bir müddәt danışmadıq, mәn yazdım, sәn yazdın
Mәn sәni әdәbilәşdirib xәtrinә qәzәl yazdım
Sәn onsuz da gözәlsәn, makyajsız bәzәn yazdım
Deyәndә ki, "sevdiyini tәsvir elә", mәn "әcәl" yazdım
Sәn mәnә Milena olmadın ki, hәlә bir Kafka-n olum mәn
Şeirim şәraba dönsә, 5-10 badә, canla olur tәn
Çayı sәnsiz içmәksә qiyamәtdir, qanla dolur dәm
Payızımı keçmişәm tәk, bax daha yanvar olub, gәl
Söz soruşanda düzün de, mәnә yalan uydurma
Daş üstә qalmadı daş, zibil hәyatım qala-qurma
Dedin ki, "Yaraşmırıq heç, mәnә o qәdәr yaxın durma
Sevirsәnsә sev uzaqdan, bir ki, әlini saçıma vurma..."
Üzü heç vaxt gülә bilmәz әgәr o yar mәnsizsә
Evlәnsәn başqasıyla sәn düşәcәk qan mәclisdә
İslansın göz qapağın, oxu qәmxanәni zildәn
İçirәm tanış kafedә, ayılıram, amma yad mәnzildә
Düşün ki, önündә bircә yol var onu bir gedәkmi?
O qәdәr gözәldir ki, gözün, gözümә eybi dәymir
İl dönümümüz olsun ölәnә qәdәr onu qeyd edәkmi?
Varlığınsa xatirәlәr kimi - gözәl, amma xeyri dәymir




Badclause - Sakitləşdirici
Album Sakitləşdirici
date de sortie
04-08-2019



Attention! N'hésitez pas à laisser des commentaires.