Badclause - Çərçivə paroles de chanson

paroles de chanson Çərçivə - Badclause



Yazıram illәr öncәdәn, yazaram sәnә gәlincә mәn
Ağ-qara cümlәlәrimә rәng olurdun özün bilmәdәn
Qırarıq tilsimlәri bir gün xoşbәxt olarıq ölmәdәn
Әl-әlә gәzәrik arzularda, birgә qaçarıq ölkәdәn
Saçına әsәn külәk qurutmuşdu yarpaqları
Gәtirib yad әtirlәr dolduracaq bu otaqları
vaxtsa itirәcәksәn hәr şeyini geri dönәcәksәn
Görәcәksәn mәndәn geri bir ovuc torpaq qalıb
Tәslim oldum özümә, әsrlәrlә oturub ağladım
Keçən il darıxdığımı yazardım mən ona bu vaxtları
Yuxumda mәlәk gördüm, üzünә baxmadan qucaqladım
o mәlәk aldı mәnimi mәndәn, әlimi qolumu bağladı
Adını belә bilmәdiyim hisslәrlә gözüm yumuldu
Ölüm çox aciz görünürdü, amma ömürsә durğun
Tanımadığım barmaqlar cızırdı kömürlə qolumu
Bir neçə cümlә sonra qalxıb özüm öz önümdә durdum
Baxdım köhnə rəfdə sənə yazılan kitablarıma
Köhnə səhifələrdə itən cavab, suallarıma
Şərfini öpdüm yenə, ətrin hopdu dodaqlarıma
Hər olsa da, yola gedə bilmirəm uzaqlarla
Əlimdə tər qızılgül, əynimdə sən alan köynək
Yanımda gülərdi üzün, o vaxt hələ məndədir könlün
Gözlərimdən anlayıram ki, nədir böyümədən ölmək
Heyif ki, bu gözəl mənzərəni şüşə çərçivə örtüb
Xəyallarımızdakı uşağı yadın bətninə gömdün
Sənə görə yaşayırdı bədən, axı həddinə öldü?
Gözümün önünә çıxan son tәsadüf oldu ömürlük
O yolda səni onunla görməsəydim evimə dönürdüm
Birdən dayandı ayaqlarım, sanki dayandı əqrəb
Sonrasını xatırlamıram
Şeytana lənət
Ertəsi səhər küt baş ağrısı məni oyatdı qəflət
Gördüm qırılıb o çərçivə, düşüb hər kitab rəfdən
Mətbəxtə doğru getdim, ora da yerlə-yeksan idi
Yerdә sınıq şüşә var idi, boş idi dәrman qutusu
Düşündüyüm tәk şey idi - evdә özgә birinin olmağı
Bu düşüncәlәr qarışdırır baxışlarını qorxağın
Dәrk edә bilmәdim, qalıb sükut qәfәsindә
Müəmmalar içində
Dəli şeytan dedi - otağına keç
Gələndə gördüm özümü çarpayının sol tərəfində
Sən demə dörd gün öncə yatıb, sonra oyanmamışam heç



Writer(s): Miri Ahmed


Badclause - Çərçivə
Album Çərçivə
date de sortie
05-03-2020



Attention! N'hésitez pas à laisser des commentaires.