Brilliant Dadaşova - Bir Bəstə paroles de chanson

paroles de chanson Bir Bəstə - Brilliant Dadaşova



Nəğmələr ruhumu oxşayır mənim
Qışımı bahara döndərir mənim
Hər yanım gül-çiçək, tər lalələrdir
Mənə sevgi dolu həyat gərəkdir
Bir bəstə istərəm sözləri məndən
Ruhumun qidası, ürəyi səndən
Bir bəstə su çilə susuz səhraya
İnan, duaları qalxar səmaya
Bir bəstə, bəstəkar, yalnız bir bəstə
Oxunsun sözləri gözəl, ahəstə
Ürəyimin səsindən gözlər yaşarsın
Mənim taleyimi kaman anlatsın
Bir bəstə, bəstəkar, yalnız bir bəstə
Oxunsun sözləri gözəl, ahəstə
Ürəyimin səsindən gözlər yaşarsın
Mənim taleyimi kaman anlatsın
Dinləyən məst olsun bu musiqidən
Qəlblərə yol açsın hər kəlməsindən
Sənin çilədiyin su çeşməsindən
Ürək sərinləsin sevgi səsindən
Bir bəstə istərəm sözləri məndən
Ruhumun qidası, ürəyi səndən
Bir bəstə su çilə susuz səhraya
İnan, duaları qalxar səmaya
Bir bəstə, bəstəkar, yalnız bir bəstə
Oxunsun sözləri gözəl, ahəstə
Ürəyimin səsindən gözlər yaşarsın
Mənim taleyimi kaman anlatsın
Bir bəstə, bəstəkar, yalnız bir bəstə
Oxunsun sözləri gözəl, ahəstə
Ürəyimin səsindən gözlər yaşarsın
Mənim taleyimi kaman anlatsın
Yalnız bir bəstə
Gözəl, ahəstə
Ürəyimin səsindən gözlər yaşarsın
Mənim taleyimi kaman anlatsın
Bir bəstə, bəstəkar, yalnız bir bəstə
Oxunsun sözləri gözəl, ahəstə
Ürəyimin səsindən gözlər yaşarsın
Mənim taleyimi kaman anlatsın
Mənim taleyimi kaman anlatsın




Brilliant Dadaşova - Bir Bəstə - Single
Album Bir Bəstə - Single
date de sortie
01-02-2024




Attention! N'hésitez pas à laisser des commentaires.