Dervish Band - Yaşayır İnsan paroles de chanson

paroles de chanson Yaşayır İnsan - Dervish Band




Tale ömür bəxş edir insana
O, könül verir eşqə, hicrana
Müqəddəs əməl ilə
Keçir qoca dünyadan
Yaşayır, yaradır, sevilir insan
Dəydikcə taleyin sərt zərbəsi
Nur olur ömrünün hər zərrəsi
Ayrılmır inamından
Ayrılmır arzusundan
Yaşayır, yaradır, sevilir insan
O hər gün axtarır
Hər gün döyüşür
Gah sevinc tapır
Gah da ki, qəmə düşür
O hər gün axtarır
Hər gün döyüşür
Gah sevinc tapır
Gah da ki, qəmə düşür
Kim deyir, o qocalır, yaşlanır
Təzə-təzə ömürlər başlanır
Gələndə yer üzünə
Minlərlə uşaq, cavan
Yenidən qayıdır
Yaşayır insan
Gələndə yer üzünə
Minlərlə uşaq, cavan
Yenidən qayıdır
Yaşayır insan
O hər gün axtarır
Hər gün döyüşür
Gah sevinc tapır
Gah da ki, qəmə düşür
O hər gün axtarır
Hər gün döyüşür
Gah sevinc tapır
Gah da ki, qəmə düşür





Attention! N'hésitez pas à laisser des commentaires.