paroles de chanson Insafa Gəl - Eldar Mansurov feat. Azər Zeynalov
Bağça saldın, bar az oldu
Sevincimiz, yar, az oldu
Acı dilim Araz oldu
Aramızdan axdı, yarım
İl eyləmə gəl ayımı
Eşidən yox harayımı
Mənim sevgi sarayımı
Uçurma gəl, gözəl yarım
Bir cüt ağlar gözəm sənsiz
Özüm boyda közəm sənsiz
Çox çətin ki, dözəm sənsiz
İnsafa gəl, gözəl yarım
İl eyləmə gəl ayımı
Eşidən yox harayımı
Mənim sevgi sarayımı
Uçurma gəl, gözəl yarım
Elə sanma könül quşum
Hər budağa qonar sənsiz
Günəş kimi yanan könlüm
Həsrətindən donar sənsiz
Sən dilə dön, sözü məndən
Sən ocaq ol, közü məndən
Bir cüt qara gözü məndən
Yan çevirmə, gözəl yarım
Yalan imiş sənin andın
Eşqimizi neyçün dandın?
Yoxsa məni ucuz sandın?
İnsafa gəl, gözəl yarım
Sən dilə dön, sözü məndən
Sən ocaq ol, közü məndən
Bir cüt qara gözü məndən
Yan çevirmə, gözəl yarım
Gözlər bir cüt qara şanı
Ay ömrümün yaraşanı
İnsaf eylə, dön geriyə
Gəl sil gözlərin yaşını
İl eyləmə gəl ayımı
Anlamışam günahımı
Mənim sevgi sarayımı
Uçurma gəl, gözəl yarım
Attention! N'hésitez pas à laisser des commentaires.