Eldar Mansurov feat. Flora Kərimova & Elxan Əhədzadə - Sənsiz Keçən Günlərim paroles de chanson

paroles de chanson Sənsiz Keçən Günlərim - Eldar Mansurov , Flora Kərimova




Söz tapmadıq danışaq, dindi qatar astaca
Səni məndən ayırar indi qatar astaca
Qanadımız sevgiydi, heç bilmədik ayrılıq
Qovub haqlayar bizi, gəlib çatar astaca
Hələ çox göynəyəcək həsrətin yeri
Bir gün gedən qatarlar dönəcək geri
Hələ çox göynəyəcək həsrətin yeri
Bir gün gedən qatarlar dönəcək geri
Burda günəş parlayır, sənsiz istisi yoxdur
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdur
Sənsiz keçən günlərim oxşayır bir-birinə
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdur
Hələ çox göynəyəcək həsrətin yeri
Bir gün gedən qatarlar dönəcək geri
Hələ çox göynəyəcək həsrətin yeri
Bir gün gedən qatarlar dönəcək geri
Adlayıb neçə kəndi, gəzsəm neçə şəhəri
Ürəyimdə bitirmiş ömrümün hər səfəri
Dönüb bir gün qatara qayıdaram, əzizim
Könlüm kimi üzünə açıb nurlu səhəri
Hələ çox göynəyəcək həsrətin yeri
Bir gün gedən qatarlar dönəcək geri
Hələ çox göynəyəcək həsrətin yeri
Bir gün gedən qatarlar dönəcək geri
Hələ çox göynəyəcək həsrətin yeri
Bir gün gedən qatarlar dönəcək geri
Dönəcək geri, dönəcək geri




Eldar Mansurov feat. Flora Kərimova & Elxan Əhədzadə - Duetlər
Album Duetlər
date de sortie
11-10-2022





Attention! N'hésitez pas à laisser des commentaires.