Eyyub Yaqubov - Unutdun paroles de chanson

paroles de chanson Unutdun - Eyyub Yaqubov




Taleyimdən çıxıb gedəndən bəri
Sildin yaddaşından xatirələri
Dəfn etdin bu eşqi sən diri diri
Unutdun məni...
Məni ağlar qoydun zalım intizar
Yerlər göylər edir ahuzar
Ürək əzablardan olubdur bezar
Qələm göz yaşıyla bircə söz yazar
Unutdun,
Bəxt ulduzum söndü, dünyam qaraldı
Unutdun,
Qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni...
Unutdun,
Qəmli xatirələr dolub boşaldı
Unutdun,
Qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni...
Od olan qəlbini közə dəyişdin
Son payız ömrünü yaza dəyişdin
Müqəddəs andını sözə dəyişdin
Unutdun məni...
Məni ağlar qoydum zalım intizar
Yerlərdə göylərdə edir ahuzar
Ürək əzablardan olubdur bezar
Qələm göz yaşıyla bircə söz yazar
Unutdun,
Bəxt ulduzum söndü, dünyam qaraldı
Unutdun,
Qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni...
Unutdun,
Qəmli xatirələr dolub boşaldı
Unutdun,
Qəlbimdə susmayan bir səs ucaldı
Unutdun... unutdun məni...



Writer(s): Eyyub Yaqubov


Eyyub Yaqubov - Əzizim
Album Əzizim
date de sortie
21-11-2019



Attention! N'hésitez pas à laisser des commentaires.