Hacı Nazim - Tarix Yazan Sərkərdə paroles de chanson

paroles de chanson Tarix Yazan Sərkərdə - Hacı Nazim




İllərlə müdriklik dərsini alıb
Uğurlu gələcək vəd etdi bizə
Andının, sözünün ağası olub
Parlaq bir qələbə bəxş etdi bizə
Andının, sözünün ağası olub
Parlaq bir qələbə bəxş etdi bizə
Əzmlə, qürurla bütün dünyada
Qətiyyət, cəsarət göstərə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
Yumruğun sıxaraq "İrəli!" deyib
Sözü haqq səsidir, əsgər səsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
Dünyada tayımız yoxdur bizlərin
Çünki rəhbərimiz ər oğlu ərdir
Poladdan dərs alan Mübarizlərin
Yolu haqq yoludur, sonu zəfərdir
Poladdan dərs alan Mübarizlərin
Yolu haqq yoludur, sonu zəfərdir
Əzmlə, qürurla bütün dünyada
Qətiyyət, cəsarət göstərə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
Yumruğun sıxaraq "İrəli!" deyib
Sözü haqq səsidir, əsgər səsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
Məramı sülh olub onun hər zaman
İstəməz kimsənin qanı tökülsün
Səbrlə gözləyib sonun hər zaman
Analar sevinsin, körpələr gülsün



Writer(s): Nazim Memmedov, Vuqar Ebdulov



Attention! N'hésitez pas à laisser des commentaires.