L-Mir feat. Elşad Xose - Həmən Oğlanam Mən paroles de chanson

paroles de chanson Həmən Oğlanam Mən - L-Mir feat. Elşad Xose



Həmən oğlanam mən dərd nədir bilməzdim,
Sayıb eləmirdim neçə yaxşı günüm olub.
Həmən oğlanam mən yaxşılıq itirməzdim,
İstənilən vəziyyətdə də, həmişə, bir üzüm olub.
Həmən oğlanam mən sevgiyə çox inanmışam,
Olmuşam, həm deyib gülən, həm hörmət saxlayan.
Həmən oğlanam mən sadəcə, indi olmuşam,
Sənin kimi ailəm üçün gün ağlayan.
"Çox dəyişmisən" dedilər, bu son illər ərzində,
Böyük bir fərq hiss olunur sənin həyat tərzində,
Var soyuqluq səsində, təmiz qısa olub danışığın,
Başqasının işinə yoxdur heç bir qarışığın.
Yeni maşın, əyin-başın, bir gözəl ətir,
Bahalı yerlərdə otur-dur, hesabımızı gətir.
Heç yaxşı olmadı, hə? Pul maşında qaldı, hə?
Üstündə dollardır, hə? Sən verəcəkdin, hə?
Əşşi, çox adam var ki, onlara mən özgə gəlirəm,
Daha eşitmirlər məndən heç, gözlə gəlirəm.
Gözünüzdə görünsək tam başqa cür indi,
Bu adımız küçələrdə divarları çox bəzədi.
Yaşadığımız həyat köhnə nağıldır güya daha,
Biz yemirik, un baha, yağ baha, ət baha.
İndi bu sözləri məndən eşidib səhv salmayın həmən,
"Exo Ver! Exo Ver!" bax həmən oğlanam mən.
Zəmanə dəyişib,
Musiqi dəyişib,
Fikirlər dəyişib,
Şəhər çox dəyişib.
Maraqlar dəyişib,
Zövqlər dəyişib,
Xose nömrən dəyişib?
Qafiyə ilişib.
İstəmədim oxşayım hər kəsə,
Girmədim qırmızı lentləri kəsə-kəsə,
Girdim çox böyük yük altına,
Nifrət etdim gümüşə-altuna.
Üç dəfə on, bir dəfə yarısı,
Qalıb həyatın ağı, yeyilib sarısı.
Hələ bu harası?
Hamının beynində maliyyə havası...
Görən dedi, heç dəyişmədin,
Tanındın amma şişmədin,
Boşluq verdin ara-sıra ki,
Nəfslə sonacan döyüşmədin.
Mən hamı deyiləm ha, Mən xam da deyiləm,
Bilirəm hansı sözü harda deyirəm lap felnən,
İsimnən, cisimnən, partlama hirsindən.
Öyrənmədin seçməyi yaxşısını pisindən.
Bəlkə hər işimizi fələk salır düyünə,
Satdıq ürək dediyini gözlərin gördüyünə.
Həmən oğlanam mən, həmən olan gündəm,
Amma indi tamam başqa şeyə verirəm önəm.
Zəmanə dəyişib,
Musiqi dəyişib,
Fikirlər dəyişib,
Şəhər çox dəyişib.
Maraqlar dəyişib,
Zövqlər dəyişib,
Xose nömrən dəyişib?
Qafiyə ilişib.
Həmən oğlanam mən dərd nədir bilməzdim,
Sayıb eləmirdim neçə yaxşı günüm olub.
Həmən oğlanam mən yaxşılıq itirməzdim,
İstənilən vəziyyətdə də, həmişə, bir üzüm olub.
Həmən oğlanam mən qələmim qızıldan,
Tutduğum yol dəyişmədi, bəlkə azca kövrəlmişəm.
Həmən oğlanam mən başlasam da sıfırdan,
Siz görmək istədiyinizi, görə-görə mən gəlmişəm.



Writer(s): Diamond Style Productions


L-Mir feat. Elşad Xose - Həmən Oğlanam Mən
Album Həmən Oğlanam Mən
date de sortie
09-12-2015



Attention! N'hésitez pas à laisser des commentaires.