Miri Yusif - Köhnələr paroles de chanson

paroles de chanson Köhnələr - Miri Yusif




A bala, o dövr bitdi
Edilir zarafat ciddi
A bala (a bala), a bala (a bala)
Köhnələr köhnəlib itdi
Köhnə Xəzər, yeni balıqlar
Köhnə süfrələr yeni sağlıqlar
Daha yaşlanırıq biz bala-bala
Biz 90-dan qalan qalıqlar
Bu yeni yaşayışın tərzinə biz uymuruq
Hər yaşadığımızı çəkib qoymuruq
Birini sevirik, amma tez soyumuruq
Birlikdə gəzərik, amma tək qoymuruq
Hamıya sıxıcı gəlir həyat, eyni şey
Səhər oyan, gecə yat, yenə eyni şey
Onu at, bunu tap, yenə eyni şey
Onu al, bunu sat, yenə eyni şey
A bala, o dövr bitdi
Edilir zarafat ciddi
A bala (a bala), a bala (a bala)
Köhnələr köhnəlib itdi
A bala, o dövr bitdi
Köhnələr köhnəlib itdi
Köhnə bulud, yeni damcılar
Köhnə ümidlər yeni falçılar
Köhnə dostlarla yeni maraqlar
Əlimdə mentalitetdən qamçılar
Fərqli-fərqli yanlar
Fərq qoyar, ayrılar insanlar
Yaşanan hekayələr eynidir
Sadəcə fərqlidir ünvanlar
Məqsəd dolu-dolu dollar
Fərqi yoxdur hansı yolla
Trendədir o, trendədir bu
Trend üçün saçı-başı yolar
O vaxtı gündüzlər qara, gecə bəmbəyaz
Qələmində işıq varsa, otur, sən yaz
Hüseyn Dərya, Elşad Xose, Anar Nağılbaz
Dəyirman dərdlərə dərman, sən qulaq as
A bala, o dövr bitdi
Edilir zarafat ciddi
A bala (a bala), a bala (a bala)
Köhnələr köhnəlib itdi
A bala, o dövr bitdi
Köhnələr köhnəlib itdi




Miri Yusif - Köhnələr - Single
Album Köhnələr - Single
date de sortie
08-07-2024




Attention! N'hésitez pas à laisser des commentaires.