Miri Yusif - Şənbə paroles de chanson

paroles de chanson Şənbə - Miri Yusif



Mən onun, mən onun qəlbimin şifrəsi
Adım onun açar kəlməsi
Ora girməz bir özgəsi
Mən onun, mən onun sevirəm cümləsi
Gözümdə o mənim ifadəsi
Əlimdə ürək işarəsi
Mən onun, mən onun sehrli bəstəsi
Gündə bezdirən nəğməsi
Sağ xəyalların müjdəsi
Mən onun sağ həm sola döngəsi
İlk günahı son tövbəsi
Qara bəxtin kölgəsi
O mənim şənbəm, mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam, mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi açılır
Mən onun, mən onun uca zirvəsi
Həm sevinci həm qüssəsi
Bəxtimə yazılan cərməsi
Mən onun, mən onun yerdə hər kəsi
Ömrümüzün hər dəqiqəsi
Sanki bir kino səhnəsi
Mən onun, mən onun dəlisi, xəstəsi
Eşq, məhəbbətin siftəsi
Everestin son nöqtəsi
Mən onun, mən onun səhrada su əvəzi
O eşq dəryanın su pərisi
Baxışı gözümün qibləsi
O mənim şənbəm, mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam, mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
Sən bunu bilginən bil bunu bilginən bil bilməlisən
Bu qaydalara baxmayaraq sən mənimsən
Arada arada arada düşünməlisən
Xoş gün yarada-yarada deyib-gülməlisən
Səndən başqa, səndən başqa ürəyimə giriş qəti qadağandır
Səndən başqa, səndən başqa ürəyimə giriş qəti qadağan
O mənim şənbəm mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi
O mənim şənbəm mən onun bazar ertəsi
Mən onun bazar ertəsi
Hər anın öz mənzərəsi
O mənim binam mən onun son mərtəbəsi
Mən onun son mərtəbəsi
Gecə açıq pəncərəsi




Miri Yusif - Şənbə
Album Şənbə
date de sortie
13-05-2019





Attention! N'hésitez pas à laisser des commentaires.