Mirzə Babayev - Axşam Mahnısı paroles de chanson

paroles de chanson Axşam Mahnısı - Mirzə Babayev



Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni
Könlüm səsdə, gözüm yolda
Gözləyirəm mən səni
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə, mənim qəlbimdəki
Döyüntünü bilmədin?
A, a, a... Döyüntünü bilməyir
A, a, a... Döyüntünü bilməyir
Suya düşür, budur yaşıl
Yarpaqların kölgəsi
Ürəyimdən xəbər verir
Ötən quşların səsi
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə, mənim qəlbimdəki
Döyüntünü bilmədin?
A, a, a... Döyüntünü bilməyir
A, a, a... Döyüntünü bilməyir
Aydın göylər, uca dağlar
Göy meşələr, lal sular
Sizi gördüm ürəyimdə
Aşdı, daşdı arzular
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə, mənim qəlbimdəki
Döyüntünü bilmədin?
A, a, a... Döyüntünü bilməyir
A, a, a... Döyüntünü bilməyir



Writer(s): Tofiq Quliyev, Zeynal Cabbarzade


Mirzə Babayev - İfalar, Vol. 2
Album İfalar, Vol. 2
date de sortie
12-09-2023




Attention! N'hésitez pas à laisser des commentaires.