Murad Arif - Yaşamalı - Solo paroles de chanson

paroles de chanson Yaşamalı - Solo - Murad Arif



Yaşamalı
Acısıyla, şiriniylə dadmalı
Həyat hər gün yenidir, anlamalı
Bəzən gülməli olur
Bəzən isə ağlamalı
Yaşamalı
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı
Bu gözlərdən təbəssüm yağacaq hələ
İlk baharda güllərin açacaq hələ
Günəş bir gün səninçün doğacaq hələ
Dəniz coşub qayalara çırpınanda
Göylər bezib ildırımlarla çaxanda
Sonuncu gün ümid qalır bu dünyada
Son ümid var bu dünyada
İnan ki, sən ilk, son dərdli adam
Həyat budur, yorulsan da, yola davam
O sinəndə ürək vurursa durmadan
Bezmək olmaz yaşamaqdan
Yaşamalı
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı
Yaşamalı



Writer(s): Murad Arif



Attention! N'hésitez pas à laisser des commentaires.