Orkhan Zeynalli - Vaxt Var Idi paroles de chanson

paroles de chanson Vaxt Var Idi - Orxan Zeynallı



Sən gedəndən yeddi-səkkiz ildir artıq.
O vaxtdan Bakı dost nədir bilmir artıq.
Köhnə Tarqovıda 2002-2003.
Davalarda kimin silahı söz idi, kimin güc.
Vaxt var idi iki ölkə adı bilirdik,
Biri Azərbaycan qalan hər yer isə, xaric.
Vaxt var idi bir neçə fərqli dad bilirdik,
Yadında möcüzəvi yuppy tök balonu iç,
Yadında cümə namazlarından çıxıb gəzirdik,
Telefon yox idi, amma heç kim gecikmirdi.
Passajdan hər keçəndə Emrahın şəklin görmək.
Vaxt var idi gülüş üzdən çəkilmirdi.
Vaxt var idi SEGA hər şeydən maraqlı idi.
Touch screen yox idi, barmaqlar mazol idi.
Mortle kampakda sən seçirdin Sab Zironu
Vaxt var idi uşaq idik həyat zor idi.
Həyat bildiyim ən şirin şey idi.
(Vaxt var idi biz inanırdıq göylərə).
Həyat əzbərlədiyim tək şeir idi.
(Vaxt var idi biz inanırdıq sözlərə).
Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək.
(Şəhər böyüdükcə, şərə büründükcə
Vaxt var idi ən böyük dilək idi böyümək).
Sən gedəndən yeddi-səkkiz ildir artıq,
O vaxtdan Bakı bizim dildə bilmir artıq,
Akademiya parkı hər gün yeddidən sonra,
İndi ora qocalardan başqa heç kim getmir artıq.
7b sinfi şparqalkalar məktubla,
Damda siqaret çəkməyimiz ilk son dəfə.
Likeysə çəkmişdik yığışmağımızı son dəfə.
Vaxt var idi vurulmuşdum Milagrosa,
Hər addımda vurulmağımı sən pisləyirdin.
Keçən il mesaj yazdın "Hekayəm" çıxandan sonra,
Narahat olma, unutmuşam, indi mən başqa cürəm.
Bir az məşhur olmuşam hə, amma ki, boş şeydi,
Sən gəl prospektə oturaq əvvəlkitək.
Bakını şəkillərdə görürsən, amma aldanma,
Bakıdan çox, inkişaf eləyib fotoqraflar.
Həyat bildiyim ən şirin şey idi.
(Vaxt var idi biz inanırdıq göylərə).
Həyat əzbərlədiyim tək şeir idi.
(Vaxt var idi biz inanırdıq sözlərə).
Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək.
(Şəhər böyüdükcə, şərə büründükcə
Vaxt var idi ən böyük dilək idi böyümək).
Sən gedəndən sükutlar pozulmur artıq,
İndiki dostların dedikləri çox vaxt keçir yan.
Sən gedəndən yuxular yozulmur artıq,
Hər gün prospektdə bilmirdik necə keçir yay.
Tupac'ın kasetini almışdım 99'da,
Sən Barış Manço'ya qulaq asırdın, mənsə repə.
Sənə dinlətdim köhnə player'də blokunuzda.
Bir saat dayanmadan qulaq asdıq 7'ci track'ə.
Yox indi fəvvarələr, doğma partafino,
Gəzməkdən yorulurduq, o gün gəzdim yorulmadım.
Eşitdim evlənmisən, yaz onun haqda, kimdir o?
Sən uzun illər sevdiyinlə bir olmadın.
Baxçanın həyətində mən sənə görə dalaşmışdım,
Hərdən olurdu, amma doğrudan yaxşı vaxtlar idi.
Bütün gün bir yerdə, şən gündə, zibildə,
Mən indi Bakıda sən hardasan, amma vaxt var idi.
Həyat bildiyim ən şirin şey idi.
(Vaxt var idi biz inanırdıq göylərə).
Həyat əzbərlədiyim tək şeir idi.
(Vaxt var idi biz inanırdıq sözlərə).
Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək.
(Şəhər böyüdükcə, şərə büründükcə
Vaxt var idi ən böyük dilək idi böyümək).
Həyat bildiyim ən şirin şey idi.
(Vaxt var idi biz inanırdıq göylərə).
Həyat əzbərlədiyim tək şeir idi.
(Vaxt var idi biz inanırdıq sözlərə).
Biz böyüdükcə, həyat göründükcə, daha yaxşı bildim ki, tələ idi böyümək.
(Şəhər böyüdükcə, şərə büründükcə
Vaxt var idi ən böyük dilək idi böyümək).



Writer(s): Orxan Aid Zeynallı


Orkhan Zeynalli - Yaş Gəlir
Album Yaş Gəlir
date de sortie
16-12-2012



Attention! N'hésitez pas à laisser des commentaires.