PRoMete feat. Orkhan Zeynalli - Heykəllər paroles de chanson

paroles de chanson Heykəllər - Orkhan Zeynalli , PRoMete



Elə şeylər var ki, onlar olur sən sadəcə baxırsan,
Qarışa bilmirsən olanlara olsan da yaxın sən.
Gözünü çəkə bilmirsən, olanlardan,
Donub heykəl kimi qalırsan o anlarda.
Bəs heykəllər görən olurlarmı hansısa məqamda insan
Danışardı nələri əgər insan olmaq alınsa
Nələri xatırlayır, nələri çıxara bilmir yaddan?
Nələr gəlmir xoş ya saxlayır həyatda
Soruşsaq Sabirdən o danışsa birdən
Görəsən deyərdimi ayılmışıq cəhalətdən
İndi zaman fərqli dəyişib insanların düşüncəsi
Belə deyildi bu millətin iki əsr öncəsi
Baxıram Sabirə papağına göyərçinlər qonub
Danışmır bircə kəlmə belə susub donub
Bəlkə alınsa da dinməzdi o
Onu bu küçədə gördükləri yaman yorub
İlləri yola salıb, ötürüb nəsilləri,
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri.
Nəsimi danışardı yəqin bizə həqiqətin gizli olmadığın bu dördbucaqlı qutularda
Car çəkməkdə davam edərdi o insanın aliliyin cibində tiryək filanla tutulardı
Fizuli deyərdi ki, rüşvətin bu həddə çatacağın yatsa yuxusuna da gətirə bilməzdi
Evləri sökülmüş sakit duran o əhalini illərdir tanıyır əmindi ki, bu millət ölməzdi
Nizami şikayətlə danışardı gənclər yazan SMS-dən
Onlar qəti qaynaqlanmırlar Leyli-dən ya da Qeys-dən
Deyərdi bu cümlələri hirsnən
Bir bilsəydim kimə qalacaq irs Xəmsəm
ya eşitsə bircə anlıq musiqimizi Hacıbəyov
Ürəyi dözərdimi, erməniyə verərdimi haqq onda
Cavid yəqin ki, dəli olardı
Danışılanları eşitsəydi öz milləti haqqında
İlləri yola salıb, ötürüb Nəsilləri,
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri.
Yəqinki, Əhməd Cavad da istərdi daima
Dayansın elə bir yerdə ki, görünsün bayrağ,
Ya da Almas İldırım bəlkə istəməz
Heykəli ucaldıla birləşdirilməmiş torpaq,
Neçə-neçə insanlar gedib əqidə üstə
Bizsə indi yaşayırıq demək olar əqidəsiz
Baxış bucağım dəyişir yaşlandıqca
Amma hələ təsəvvür etmirəm Bakını Rəsulzadəsiz



Writer(s): Timothy Adamack Adamek


PRoMete feat. Orkhan Zeynalli - Heykəllər
Album Heykəllər
date de sortie
14-05-2016



Attention! N'hésitez pas à laisser des commentaires.