Pranga - Stalinka paroles de chanson

paroles de chanson Stalinka - Pranga




İndi daha da dərindəyəm
Elə bil ölmüşəm, öz matəmimdəyəm
Elə bil əngəl olub məsafələr
Elə bil gəlməmisən cənazəmə
İçimdə kimsəsizlik
Ağlayır məzarımda qadınlar
Elə bil qocalmışıq, illər keçib
Elə bil çıxmışam yadından
Çıxmışammı yadından?
Mən axı səni xatırlayıram
Köhnə "Сталинка"dan
Köhnə portofinodan
Sənin İtaliya xəyallarından
Klassik "Marlboro"dan, 96 Mercedes'dən
Həzin serenadalardan
İndi mənim yazılarımda uduzur
Həyatı hər gecə ağır alkoqol
Qoxan bu yad adamlar
Getdin gedəli
Cismin əziz deyil daha
İndi mən davranıram sən kimi
İllər ölümü ləngidir
Yoxdur köhnə dadı da bu zəhrimarların
Dəyişib elə bil tərkibi
Gərək, tərgitim
Belə olur
Adam şəhəri tərk edir
Adamı tərk edilmək yox
Tərk eləmək bərkidir
qədər bağlasam da
Qapını, bacanı, xatirən
Sızır otağıma ölü bir adamın
Evinə gələn zəng kimi
Məndən qalan hər varsa, boğ içində
Qoy uzaqlıq adlı qarğalar parçalarımı yesinlər
qədər qanlı-bıçaqlı olsaq belə
Qorxuram bir insanın bu qədər alçala bilməsindən
İçimdə kimsəsizlik, xəstəxana divarları
Boş dəlixanalar kimi indi sən
Satırsan o günlərimizi öz oğlu ilə yatan
Qızlarının körpə ətini satan analar kimi
Hekayəmizi satdığın kimi
İndi məndən uzaqdasan
Fəsillər gələr, keçər
Axı ölülər danışmazdı
Mən axı səni eşidirəm hər gecə
Səsin gəlir radiolardan
Qarışır rezonans
Yıxılır içimdə imperiyalar, gedir səsin
Elə bil Dilbər unudub Müşfiqi
Elə bil Cavad güllələnib gecəyarı
Görmədən son dəfə Şükriyyəsini
Sənin o qızıl sarısı saçların da dalğalanmır
İndi daha Bakının küləklərində
Sal qayalar bağlamışam sol yanımda
Özüm boyda daş var indi ürək yerində
Tarix yazan yaşımı keçib
Özümü heç vaxt olmadığına inandırmışam
Onda biz ikimiz davam elədik yolumuza
Sən saçını kəsmisən, mənsə şeirlərimi yandırmışam





Attention! N'hésitez pas à laisser des commentaires.
//}