Pranga - Чернаяроза (feat. Xəzər Azabdəyli) paroles de chanson
Pranga Чернаяроза (feat. Xəzər Azabdəyli)

Чернаяроза (feat. Xəzər Azabdəyli)

Pranga


paroles de chanson Чернаяроза (feat. Xəzər Azabdəyli) - Pranga




gözəl qocalmışsan sən
qədər qocalsan da, o gözəl üzün
Yaddaşımda yaxşı qalıb
Saçlarında payız yağışı qalıb
Sən gedəndə anladım
Gedişi ağır olur yaxşıların
Mən isə köhnə mənəm, bir az soyuq, bir az ağır
Köhnə palto, portsiqar üzümdən zəhrimar yağır
Bilirəm, əzizim, sən məni heç sevmədin
Amma bilirsən, mən səni çox sevdim axı
Payız yağışlarında sevdim, örtülüb o izlər indi
Ruhuma tab gətirmir, qan içində bu dizlər indi
Bir ata şilləsi kimi idin, ağrıdırdın, ağladırdın
Amma yoxluğunda çox özlənirdin
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
Mən səni xatırladım yenə
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
Olmadı, bacarmadıq
Xəstəlikdə, sağlıqda bir yastıqda qocalmadıq
Zaman da ayırmadan yaxşıları pisləri
Bircə-bircə gömdü torpaq altda əzizləri
Mən iyrənirəm mavidən indi, səmadan dənizdən
Sən iyrənəndə gəl qaranlığımda gizlən
İndi məni kirlədib şəhər, mənim tozlanıb dibim
Mən bir az vəfasızam dostlarım kimi
Kirlənib küləkləri bu lənətli yarımadanın
Tərk eləyib gedənlər buraxır yarım adamı
Təklik ağrıdır, gecələr ancaq qüssələnirsən
Zamanla alışdıqca bir yanını hiss eləmirsən
tənhalıq alışdıqca belimi bükür mənim
Qırılır pəncərələr çilik-çilik, üstümə çökür mənim
Parçalayıb yelkənimi, ümidlərimi dənizə tökün mənim
Mənə toxunma, özümdən ağırdır yüküm mənim
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
İblisin kamanında mələklərin rekviyemi
Boşuna gözləmə, gəlməyəcək gedən o gəmi
Sən unudulacaqsan, şeirlərdə qalacaq adın
Qızıl saçlı, qızılgül qoxan qara paltarlı qadın
Mən hissiyyatsızam özümü yoxluğa öyrədəndən
Sən sarı saçlarını yanına alıb gedəndən
Yarpaq tökür budaqların, baharı keçir, qış gəlir
Zaman ötdükcə can dostlarım eləcə tanış gəlir
Səni gömdü zaman mənim saçlarımın qarasına
Gözlərimin qarasına, xatirələrin arasına
Sonda Peterburq ruhi dispanser "neurotherapy"
Bağırtılarda sən, yaddaşımda Maqdalena Mariya
Mənim kimilərinin arzuları, duyğusu olmur
Bilirsən, dəlilərin itirmək qorxusu olmur
Mən canlı rekviyem, mən sonuncu "lacrimosa"
Sən mənim ən dərin yaram "чернаяроза"
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində
Ölümün çöhrəsində
O söyüd kölgəsində
Bir mərmi səsində




Attention! N'hésitez pas à laisser des commentaires.