ROUSTAM - Gəl barışaq paroles de chanson

paroles de chanson Gəl barışaq - ROUSTAM




Gözlərində yenə giley oxundu.
Mən dedim ürəyinə toxundu?
Bu adətdir, aralıqda söz olar.
Gəl barışaq, niyə küsdün, niyə yar?
Ürəyimdə xatirələr oyandı,
Keçən günlər göz önündə dayandı.
Bir olardı söhbətimiz-sözümüz,
Bir gülərdi ürəyimiz-gözümüz.
Yanağını çiçəklərdə aradım,
Sünbülləri saçın deyib daradım,
Ay üzünə dedim budur sabahım.
Niyə küsdün, nədir mənim günahım?
Ayna sular sözlərimdir, dedim mən,
Xoş nəğmələr sözlərimdir, dedim mən.
İlk eşqimə bircə səni istədim,
Neyləyim ki, dönük çıxdı qismətim?



Writer(s): Elza Ibrahimova, əliağa Kürçaylı


Attention! N'hésitez pas à laisser des commentaires.