Roya - Sevgim paroles de chanson

paroles de chanson Sevgim - Roya




Bir ümid görsə, çay kimi
Kükrəyərdi sevgim, çağlardı sevgim
Qara gümanlara qılınc çəkərdi
Məni sabahlara bağlardı sevgim
Gördüm, göy üzünün gözləri doldu
Ürkək bənövşənin bənizi soldu
Kərəm bir ah çəkdi, özü kül oldu
Dünyanı yandıran ahlardır sevgim
Əlimdən, əlimdən yapışan mizə dönərdi
Yollara, yollara boylanan gözə dönərdi
Dilimi yandıran, dilimi yandıran sözə dönərdi
Yetim uşaq kimi ağlardı sevgim, sevgim
Gördüm, göy üzünün gözləri doldu
Ürkək bənövşənin bənizi soldu
Kərəm bir ah çəkdi, özü kül oldu
Dünyanı yandıran ahlardır sevgim
Ötüşən vədlərə, çağlara baxma
Xəzana tuş gələn bağlara baxma
Göyə dayaq olan dağlara baxma
Dağlara ucalan dağlardır sevgim
Əlimdən, əlimdən yapışan mizə dönərdi
Yollara, yollara boylanan gözə dönərdi
Dilimi yandıran, dilimi yandıran sözə dönərdi
Yetim uşaq kimi ağlardı sevgim, sevgim, sevgim
Dilimi yandıran, dilimi yandıran sözə dönərdi
Yetim uşaq kimi ağlardı sevgim, sevgim
Əlimdən, əlimdən yapışan mizə dönərdi
Yollara, yollara boylanan gözə dönərdi
Dilimi yandıran, dilimi yandıran sözə dönərdi
Yetim uşaq kimi ağlardı sevgim, sevgim




Roya - Mahnılar (2011-2017)
Album Mahnılar (2011-2017)
date de sortie
01-12-2017




Attention! N'hésitez pas à laisser des commentaires.