Roya - Yene Yaz Gelecek paroles de chanson

paroles de chanson Yene Yaz Gelecek - Roya




Bu xəzan bitəcək
İnan, gün gələr
Dağlar-dərələr açar gül-çiçək
Yenə yaz gələcək
Son ayrılıq salan
Bizi soyudan qar əriyəcək
Dözsən bir az da
Yenə yaz gələcək
Sevda mövsümü
Durnalarla qayıdacaq yenə
Hər şeyə dözən
Sevgiləri oyadacaq yenə
Səni görüb mən yenidən
Könül verəcəyəm
Bil, kimsəm yox səndən başqa
Səni sevəcəyəm
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bu duman çəkilər
İnan, gün gələr
Bizi ayıran qara şübhələr
Yox olar kölgələr
Sən yazı gözləmə
Gəlsin, gəlməsin
İnan sevgiyə, sənin qəlbində
Tək ümid ölməsin
Sevda mövsümü
Durnalarla qayıdacaq yenə
Hər şeyə dözən
Sevgiləri oyadacaq yenə
Səni görüb mən yenidən
Könül verəcəyəm
Bil, kimsəm yox səndən başqa
Səni sevəcəyəm
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Səni görüb mən yenidən
Könül verəcəyəm
Bil, kimsəm yox səndən başqa
Səni sevəcəyəm
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək




Attention! N'hésitez pas à laisser des commentaires.