Sövkət Ələkbərova - Aşiqəm paroles de chanson

paroles de chanson Aşiqəm - Sövkət Ələkbərova




Günəşli ölkəmin aşiqiyəm mən
devlətə, vara aşiqəm
Öldürsələr, yalan gəlməz dilimə
Doğru sözə, düz ilqara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey
Doğru sözə, düz ilqara aşiqəm
Mən elimdən, obamdan ilham aldım
Yurdumun adını dastana saldım
Sənətimlə şöhrət tapdım, ucaldım
Xalqımdakı etibara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey
Xalqımdakı etibara aşiqəm
Yeni həyat, yeni büsat qurmuşam
Bir əsgərtək keşiyində durmuşam
Zəfər nəğməsilə ötən bir quşam
Yurdumdakı ilk bahara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey
Yurdumdakı ilk bahara aşiqəm
Artdıqca yurdumun şəni, rövnəqi
Coşur ilhamımın qaynar bulağı
Nəğməm gəzir hər obanı, oylağı
Sənətkaram, sənətkara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey
Sənətkaram, sənətkara aşiqəm



Writer(s): şövkət ələkbərova


Attention! N'hésitez pas à laisser des commentaires.
//}