Vasif Məhərrəmli feat. Xatirə İslam - Sənə Bağlandım Yenə paroles de chanson

paroles de chanson Sənə Bağlandım Yenə - Vasif Məhərrəmli , Xatirə İslam



Düşündüm ki, unutmuşdum
Sən qəfil çıxdın qarşıma
Mən bu hissi soyutmuşdum
Sən od vurdun sönən şama
Ayrılıq dedi son sözün
Qovuşmağa can atmadım
Qovuşdurdu yollar bizi
Mən ömrünə qayıtmadım
Sevən sevənçün ağlayar
Ürəklərə hüzn çökər
Yağış yağar yanaqlara
Külək əsər, sığal çəkər
Bu, şeytanın hiyləsimi?
Bu, bir alın yazısımı?
Bu, Allah hədiyyəsi
Bu, Allahın cəzasımı?
Ötən günlərə baxdım
Nağıl imiş o vaxtım
Uşaq kimi darıxdım
Sənə bağlandım yenə, o-o-of
Bu intizar sürərkən
Zaman doldu çox erkən
Unutmaq istəyirkən
Sənə bağlandım yenə, o-o-of
Tək dolaşdım küçələrdə
Gözüm yolda az qalmadı
Daha sənə bu yerlərdə
Oxşamayan qız qalmadı
Elə bildim, bundan belə
Üzünü görmərəm daha
Gəl bərk-bərk tutaq əl-ələ
Səni itirmərəm daha
Sevən sevənçün ağlayar
Ürəklərə hüzn çəkər
Yağış yağar yanaqlara
Külək əsər, sığal çəkər
Bu, şeytanın hiyləsimi?
Bu, bir alın yazısımı?
Bu, Allahın hədiyyəsi
Bu, Allahın cəzasımı?
Ötən günlərə baxdım
Nağıl imiş o vaxtım
Uşaq kimi darıxdım
Sənə bağlandım yenə, o-o-of
Bu intizar sürərkən
Zaman doldu çox erkən
Unutmaq istəyirkən
Sənə bağlandım yenə, o-o-of
Bu intizar sürərkən
Zaman doldu çox erkən
Unutmaq istəyirkən
Sənə bağlandım yenə, o-o-of



Writer(s): Tunar Zeynalov


Attention! N'hésitez pas à laisser des commentaires.