Vüqar Əbdülov - Bakını Sevmək Də Bəla, Sevməmək Ondan Da Bəla paroles de chanson

paroles de chanson Bakını Sevmək Də Bəla, Sevməmək Ondan Da Bəla - Vüqar Əbdülov



Bura cənnət Bakıdı bu yer cənnətin gözüdü
Qəlbimin xoş səsidi dilimin ən şirin sözüdi
Bura mənim meyxanamın məğməmin özgüm özüdü
Onu sevmək bəla sevməmək ondan da bəla
Onu sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Gül kimi Bakını söküb tikib qoydular xaraba
Kanalizasiya Xəzərin suyunu döndərib doşaba
Düşübdü Bakılıların adı qırmızı kitaba
Buna dözmək bəla dözməmək ondan da bəla
Buna dözmək bəla dözməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Sağ qonşu köçüb qedib evinə bir dənə Çeçen gəlib
Sol qonşu evini satır İrandan bir Həsən gəlib
Tiflisdən Qivi adlı birisi dünən gəlib
İndi köçmək bəla köçməmək ondan da bəla
İndi köçmək bəla köçməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Yeni il axşamıdı şadlıq içində camaat
Hamı öz kef damağında çox rahat mən narahat
Qaz üç ay yayda gəlir su üç gündən bircə saat
Evdə çimmək bəla çimməmək ondan da bəla
Evdə çimmək bəla çimməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Tək bizim bina deyil başlayıb qəhramanlığa
Çox cavanlar indi aludədir narkomanlığa
Çoxu əlvida deyib cavan yaşda cavanlığa
Belə ölmək bəla ölməmək ondan da bəla
Belə ölmək bəla ölməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bir qız var guya gedir İnglis dilini öyrənir
Əslində dərs adıyla evdən çıxır veyillənir
Atanın yox xəbəri ana da qızla fərəhlənir
Onu güdmək bəla güdməmək ondan da bəla
Onu güdmək bəla güdməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
badə güclü yağış on dəqiqə yağsın Bakıya
Kanalizasiya işləmir sular dolur zirzəmiyə
Küçələri su basıb maşınlar dönür gəmiyə
İndi üzmək bəla üzməmək ondan da bəla
İndi üzmək bəla üzməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Əvvələr var idi Bakıda başqa millətlər
Sən kimsən, haralısan? Yox idi belə söhbətlər
Unudulsun gərək indi belə pis adətlər
Buna gülmək da bəla, gülməmək onnan bəla
Buna gülmək da bəla, gülməmək onnan bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla
Bakını sevmək bəla sevməmək ondan da bəla



Writer(s): Vüqar əbdülov


Vüqar Əbdülov - Bakını Sevmək Də Bəla, Sevməmək Ondan Da Bəla




Attention! N'hésitez pas à laisser des commentaires.